Zəmanət şərtləri

Zəmanət şərtləri

qaraj qapısı, fırlanan qapı, sürüşən qapı və sənaye qapısı operatorları, parkinq sistemləri, boru mühərrikləri, simsiz rabitə və aksessuarlar üçün

SOMMER Antriebs- und Funktechnik GmbH tərəfindən istehsal olunan məhsullara olan inamınız üçün təşəkkür edirik.

Alış-veriş müqaviləsinə əsasən istehsalçının qanuni zəmanətinə əlavə olaraq biz SOMMER hesabının faktura tarixindən etibarən aşağıdakı hissəvi zəmanəti də təmin edirik:

  • Operator texnologiyasında, mühərrik və mühərrik nəzarət sisteminə 5 il
  • Simsiz rabitə, aksessuarlar, daxili vallı mühərriklər və parkinq bariyerlərinə 2 il

Zəmanət iddiası xammal materialları və aşınan hissələr üçün istisna edilir, məsələn, batareyalar, lampalar və s.

Yenidən işləmə və ehtiyyat hissələrin çatdırılması üçün kafi müddət 6 aydır, lakin ən azı mövcud zəmanət dövrü nəzərə alınmalıdır.

Zəmanətdən yararlanma bütün zəmanət müddəti ərzində mümkün deyil.

Şərtlər

Zəmanət məhsulun satın alındığı ölkəyə aiddir. Mallar SOMMER tərəfindən əvvəlcədən müəyyən edilmiş bir satış yolu ilə alınmış olmalıdır. Alışa dair sübut mövcud olmalıdır və təqdim olunmalıdır. Birbaşa SOMMER şirkətinin müştərilərisi olmayanlar məhsulun satın alındığı müvafiq ticarət tərəfdaşı ilə əlaqə saxlamalıdırlar.

Zəmanət tələbi yalnız müqaviləyə uyğun dəyən ziyana görə mümkündür.

Bütün qurğular (məsələn, operator və qapılar) müəyyən edilmiş müddət ərzində müvafiq standartlara (məsələn ASR A1.7-ə əsasən) uyğun olaraq texniki baxışdan keçirilmişdir. Bu, müvafiq dəlillər ilə sübut olunmalıdır.

GIGAsedo, GIGAroll və GIGAspeed seriyasının SOMMER sənaye qapı operatorları ümumiyyətlə 500 saatlıq xidmət müddəti (qapıların açılma və bağlanma vaxtlarının cəmi) üçün nəzərdə tutulmuşdur və buna görə davamlı nominal yük ilə və texniki şərtlərə uyğun olaraq dayanıqlıq testindən keçirilir. Xidmət müddətinin əldə olunması quraşdırma və istismar təlimatlarında göstərilən məlumatlara, norma və standartlara riayət etməyə əsaslanır. Nominal məlumatlar 25 °C temperatur və dəniz səviyyəsindən <1000 metr yüksəkliyə əsaslanır. Dəyər limiti diapozununda işləyərkən icazə verilən fırlanma momentinin azaldılması və iş dövrünün tənzimlənməsi lazım ola bilər. Əsas şərt, operaorun təyinatı üzrə istifadə edilməsi və düzgün quraşdırılmasıdır.

Xidmətlər

Açıq-aydın şəkildə material və ya hazırlanma ilə bağlı olan bir xəta səbəbi ilə məhsuldakı hər hansı qüsur SOMMER tərəfindən zəmanət müddəti çərçivəsində düzəldiləcəkdir. Qüsurlu malları pulsuz olaraq təmir etməyə, onları qüsursuz mallar ilə əvəz etməyə və ya onları daha aşağı bir dəyər ilə əvəz etməyə borcluyuq. Ehtiyyat hissələr SOMMER-ə aiddir.

Xahiş edirik nəzərə alasınız ki, könüllü istehsalçı zəmanəti yalnız qurğunun şəxsi istifadəsinə qədər etibarlı hesab olunur. Şəxsi istifadə dedikdə gündə maksimum 10 dövrə (AÇMAQ/BAĞLAMAQ) nəzərdə tutulur. Daha çox istifadə dövrünə sahib sənaye qurğuları alışdan əvvəl SOMMER ilə uyğunlaşdırılmalıdr.

Çıxarılma və quraşdırılma üçün xərclərin ödənilməsi, həmçinin müvafiq hissələrin yoxlanılması və itirilmiş mənfəət və ziyana görə tələblərin təmin edilməsi zəmanətdən çıxarılır. Sənəd lövhəsinin silinməsi və ya nəzərə alınmaması zəmanəti etibarsız edir.

Həmçinin zəmanətdən kənardır:

  • yalnış quraşdırma və birləşmə
  • yalnış istismara verilmə və əməliyyat
  • qəza, yıxılma, zərbə səbəbindən yaranan mexaniki zərər
  • yanğın, su, anormal ekoloji şərait kimi xarici təsirlər
  • İxtisaslaşmamış şəxslər tətrəfindən edilən təmir
  • əhəmiyyətsiz və ya xırda zədələnmə
  • normal istifadə və ya texniki baxış qüsurları
  • Digər mənşə istehsalı olan ehtiyat hissələrindən istifadə

Xəbərdarlıq bildirişi tələbi

Bu zəmanət altındakı iddialara əsalanaraq zəmanətin əhatə etdiyi hər hansı bir qüsur barədə dərhal xəbərdar etdiyinizi güman edirik. Bildiriş yalnız qüsur barədə öyrənildikdən sonra iki həftə ərzində bizə təqdim olunduqda vaxtında təqdim olunmuş hesab edilir. Bildiriş yazılı və ya elektron poçt şəklində tərtib olunmalıdır.

Məhdudiyyət

Bu zəmanətdən irəli gələn iddialar müvafiq iddianın qaldırıldığı təqvim ilinin sonundan etibarən 1 il müddətində qanunla məhdudlaşdırılacaq və iddianın yaranmasına səbəb olan şərtlər barədə məlumatınız olmalı və ya mütəmadi olaraq bu barədə məlumatlanmalısınız.

Yurisdiksiya üstünlüyü

Verilən zəmanət BMT-nin məhsulların satışı üzrə beynəlxalq müqaviləsi (CISG) istisna olmaqla, Almaniya Federativ Respublikasının qanununa tabedir.

Yurisdiksiya

Bu zəmanətdən irəli gələn hüquq və öhdəliklər və onların effektivliyi ilə bağlı olan bütün mübahisələr üçün bizim baş qərargahın olduğu ərazinin məhkəmələri hüquqi qüvvəyə malikdirlər.

İyul 2021-dən etibarlıdır.