Xəbərlər

Məhsullarımız və SOMMER Qrup haqqında ən son xəbərləri əldə edin.
Yeni: twist 350 rapido
18.11.2020

Yeni twist 350 rapido fırlanma qapı operatorumuz iki şeyin vəhdətidir: "Twist 350" seriyasının bütün üstünlükləri və 30% -ə qədər təkmilləşdirilmiş itələmə sürəti. Buna görə yeni fırlanma qapı operatorumuz, qapıları xüsusilə tez-tez açılan və bağlanan bütün müştərilər üçün idealdır. Patentləşdirilmiş əyləc sistemimiz sayəsində, yeyin hərəkət zamanı belə optimal güc tətbiqi və təsdiqlənmiş SOMloq2 simsiz rabitə sistemi ilə yüksək səviyyədə istismar təhlükəsizliyi təmin olunur.
Twist 350 rapido, sol və ya sağ tərəfdə universal şəkildə quraşdırıla bilər və 1 və ya 2 taylı formada istifadə edilə bilər. Qapı tayının eni 3 m-ə qədər və ya 300 kq ağırlığında olan qapıları daşıya bilir.
Təxirə salınır: R+T sərgisi

30.07.2020 — R+T 2021 bir il təxirə salınır
Ştutqart sərgisi, diyircəkli jalüzlər, qapıları və günəşdən qorunma üzrə dünyanın aparıcı ticarət sərgisi olan R+T-nin növbəti buraxılışını 21–25 fevral 2022-ci il tarixinə təxirə salır.
Biz 2022-ci ildə görüşəcəyimizə ümid edir və sizi Ştutqartdakı stendimizdə salamlamağı səbirsizliklə gözləyirik.
Təşkilatın tətil günləri 2019/2020
13.11.2019
Müəssisəmiz 31/12/2019 tarixində dünya azərbaycanlılarının həmrəylik günü və 1/1/2020 - 5/1/2020 tarixləri arasında isə yeni il ilə əlaqədar tətil elan edir və işləmir. Hər iki əlamətdar gün münasibətilə sizi təbrik edirik və yeni ildə sizə sevincli və xoş günlər arzulayırıq.
MSB və SOMMER
01.10.2018
Simsiz texnologiyanın inkişafı sayəsində modern, avtomatik qapılar artıq gündəlik həyatımıza daxil olmuşdur.
10 ildən artıq bu sahədə dünyanın bir çox aparıcı şirkətləri ilə əməkdaşlıq edən MSB avtomatik qapılar son olaraq SOMMER üzərində dayandı.
Hətta dünya liderlərinin seçimi olan SOMMER şirkətinin məhsulları digər dünya brendlərindən müqayisə olunmaz dərəcədə yüksəkdə durur. Artıq Azərbaycanda avtomatik qapılarda SOMMER şirkətinin məhsullarından istifadə olunur.
İstehsalatdan çıxarılmış məhsullar
13.06.2018
Diyircəkli qapı nəzarət sistemləri
Diyircəkli qapı nəzarət sistemləri RDC Vision və RDC 800 31.03.2019 tarixinədək istehsal olunacaqdır. Məhsul ehtiyyatımız qaldıqca biz onların çatdırılmasını davam etdirəcəyik. Bir çox yenilikləri olan növbəti model RDC Vision+ 2019-cu ilin ikinci rübündən etibarən təqdim ediləcək. Çox maraqlı yenilikləri olan bir sələf!
Parkinq sistemləri
ASB-5014A, ASB-5507A, ASB-6010A və ASB-6010 parkinq bariyerlərinin 31/12/2018 tarixinə qədər istehsalı dayandırılacaq və məhsul ehtiyyatımızın qalan hissəsinə uyğun olaraq çatdırılacaq. Parkinq sistemlərinin yeni nəsilləri iki istiqamətli simsiz rabitə sistemi SOMloq2 ilə təchiz edilmişdir və 2019-cu ilin 1-ci rübündən etibarən siz onları əldə edə bilərsiniz.
Kataloqlar 2018
17.05.2018
Ümumi kataloq və sənaye qapısı operatorları üçün kataloq onlayn formadadır.
Yükləmə portalına keçid
base+ tavan nəzarət sistemlərinin təkmilləşdirilməsi
11.04.2018
Operatordan başqa digər məhsullarımızı davamlı təkmilləşdirmək üçün base+ tavan nəzarəti sisteminin dizaynı daha optimallaşdırılmışdır.
Korpusun yuxarı hissəsi yalnız iki ədəd qapaqlı qarmaqla və vintlə sabitlənmişdir o, düşə bilməz, çünki korpus ilə çox kip əlaqələndirilmişdir. Bunun sayəsində üst qurğunun quraşdırılması əhəmiyyətli dərəcədə sadələşdirilmişdir.

R+T 2018 təəssüratlar
2017
01.04.2018 tarixinə olan mətbuat məlumatları
18.12.2017
Tezliklə il sona yaxınlaşır, şirkətlər geridə qalan ili nəzərdən keçirir və qarşıdan gələn 2018-ci il üçün planlarını hazırlayırlar. İqtisadiyyat sahəsində dəyişikliklər olmuşdur və hal-hazırda da mövcuddur.
Sənaye istehsalı yüksək səviyyədədir və get-gedə xammala tələbat yüksəlir. Bunun nəticəsində SOMMER polad, mis və plastik (neft) kimi materialların qiyməti aylar ərzində artmaqdadır və hələ də artmağa davam edir. Yaxınlaşan tam məşğulluq sayəsində istehsal xərcləri və əmək haqqı artır. Bu vəziyyət ilə əlaqədar olaraq SOMMER öz reaksiyasını göstərir və qiymətləri buna əsasən uyğunlaşdırır. 1 Aprel 2018 tarixindən etibarən biz qiymətləri qaldırırıq. Daha dəqiq məlumatı siz diler şöbələrindən əldə edə bilərsiniz.
SOMMER üçün vacib olan bu addımı anlayışla qarşıladığınız üçün sizə təşəkkür edirik və müsbət, daha da böyüməyə istiqamətlənmiş iqtisadi mühitdə uğurlu əməkdaşlığımızı davam etdirməyi gözləyirik.
Ehtiyyat Hissələrin idarə olunması
09.10.2017 - SOMMER məhsullarınız üçün ehtiyyat hissələri
Yeni SOMMER ehtiyyat hissələrin idarə olunmasında siz qaraj qapısı, fırlanan qapı, sürüşən qapı operatorları, diyircəkli qapılar, parkinq və çəpər sistemləri, sənaye qapıları və nəzarət sistemləri üçün bütün ehtiyyat hissələri əldə edə bilərsiniz.
SOMMER Ehtiyyat hissələrin idarə olunması haqqında daha ətraflı məlumat əldə edin
Praktikantlar 2017
15.09.2017- Gənc işçi qüvvəsi SOMMER-də
Sentyabrın 1-də biz bir daha yeni praktikantlarımızı qarşıladıq. Cavan və həvəsli gənc işçi qüvvəsi, iki nəfər sənaye bürosu işçisi, əlavə ixtisaslaşması olan bir nəfər sənaye bürosu işçisi, bir nəfər anbar logistika mütəxəssisi və bir nəfər DHBW Mexatronika-tələbəsi SOMMER komandasına qoşulmuşdur. Biz onlara həyatlarının yeni mərhələsində çoxlu müvəffəqiyyət və uğur arzulayırıq.
Bizim "Gənc işçi qüvvəsi" haqqında daha ətraflı məlumatı Karyera Portalı-dan əldə edə bilərsiniz.
Proqram yenilənməsi SOMlink Xidmət interfeysi

18.04.2017 - SOMlink xidmət interfeysi üçün yeni proqram yeniləməsi mövcuddur
SOMlink Updater ilə SOMlink-i rahat və asanlıqla yeniləyə bilərsiniz.
Firmware 03.06.07/Mobil əlavə versiyası 2.2.15.171421