twist XL

Hal-hazırda onu bizim SOMloq2 iki istiqamətli simsiz rabitə sistemimiz ilə birlikdə əldə etmək mümkündür.
Simsiz rabitə qəbuledicisi modulu ilə SOMup4 mövcud operator sadə bir şəkildə SOMloq2 üzərindən uyğunlaşdırılır.
Çox böyük qapılar üçün çox güclü fırlanan qapı operatoru
Daha çox getmir? Bu zaman: Sağ və sol dayanmalarda, eləcə də 1-və 2-taylı əməliyyatlarda universal tətbiq oluna bilən twist XL fırlanma qapısı operatoru 7 metrə qədər qapı tayı eni və 1100 kq qapı tayı çəkisi üçün uyğundur.
Məhsulun üstünlükləri
Yüksək yük daşıma həcmi sayəsində təhlükəsizlik
Patentləşdirilmiş əyləc sistemi operatoru yükə qarşı dözümlü edir. Operator 3 tona qədər ekstremal gücə tab gətirir, məsələn, külək təsirindən, vandalizm və ya oğurlanma cəhdi zamanı o, problemsiz işləyir.
Hamar keçid sayəsində optimal güc tətbiqi
Gücün effektiv tətbiqi xətti mərhələdə tənzimlənən hamar keçidi təmin edir və artıq güc itkisinin qarşısını alır.
Gündəlik həyatı asanlaşdıran funksiyalar
Qapının yalnız bir tayını açmaq və məsələn, velosipedi mülkə daxil etmək üçün kiçik qapı funksiyası istifadə edilə bilər. Bununla da siz əlavə bağça qapısına qənaət etmiş olursunuz və bütün giriş genişliyindən istifadə edə bilirsiniz.
Avtomatik bağlanma funksiyası sayəsində əmin ola bilərsiniz ki, siz çıxdıqdan sonra qapı daima bağlanır. İşıq bariyerini tam keçdikdən sonra qapılar əvvəlcədən müəyyən edilmiş müddətdən sonra avtomatik olaraq bağlanır.
Sizin və ən yaxınlarınız üçün qoruma
Nəzarət texnologiyası mühərrik yoxlaması vasitəsi ilə EN 12453-ə uyğun olaraq hərəkət gücünə nəzarət edir. Müntəzəm olaraq sınaqdan keçirilmiş və tədqiq edilmiş güc dəyərləri də ətraf mühit dəyişikliklərini (temperatur, qapının mexaniki yeyilməsi, don və buz) aşkarlayır və onları kompensasiya edir.
Bununla insanlar və nəqliyyat vasitələri üçün daima optimal təhlükəsizlik təmin edilir. Bundan başqa SOMMER əlavə təhlükəszilik aksesuarını təqdim edir. (Fotoelement, qoruyucu kontakt zolağı və s.)
Avtomatik özünü əyləcləmə sayəsində təhlükəsizlik
Operatoru dayandırmaq cəhdlərində avtomatik özünü əyləcləmə sayəsində o, gücə əks təsir göstərir. Həmçinin güclü küləyə məruz qalan qapalı qapılarda da operator külək yükünə qarşı müstəqil şəkildə təzyiq edir.
Cərəyan kəsilməsi - bu halda nə etməli?
Cərəyan kəsilməsi zamanı da qapını açmaq mümkündür, bunun üçün açar vasitəsilə mexaniki təxirəsalınmaz bloklamanı manual olaraq işə sala bilərsiniz. Operatora hətta yüksək təzyiqlə təsir etdikdə belə, bloklama çox aşağı güc sərfiyyatı ilə aradan qaldırıla bilər və siz tezliklə mülkünüzə daxil olursunuz.
Operatorları kombinə etmək
Giriş qapısı tayının eni kiçik olduqda adətən böyük qapı tayı ilə müqayisədə daha zəif operator tələb olunur. Operatorları kombinə etmək xüsusiyyəti sayəsində siz daha böyük operator üçün tələb olunan pula və yerə qənaət edə bilərsiniz.
Kombinə iş rejimi twist 200 E/El və twist 350 operatorları ilə mümkündür*.
* twist 200 E/EL-operatoru və twist 350-/XL-nəzarət sistemləri yalnız "twist XS" (Art.-Nöm. 3248V000) konversiya dəsti ilə birlikdə istifadə edilə bilər.

Texniki məlumatlar
Adı | twist XL |
Qapı tayı çəkisi: | maks. 1100 kq** |
Qapı tayı eni: | maks. 7,0 m*** |
Yerdəyişmə radiusu: | 450 mm |
Gərginlik təchizatı: | AC 220... 240 V |
Mühərrik gərginliyi: | DC 24 V |
Nominal tezlik: | 50/60 Hz |
Temperatur diapazonu: | –25 °C-dən +70 °C-ə qədər |
Qorunma dərəcəsi: | Operator: IP44 Nəzarət sistemi: IP65/IP67 |
** maks. 1,5 m qapı tayı enində, 1 taylı qapılı sistemlərdə
*** maks. 400 kq qapı tayı çəkisində, 1 taylı qapılı sistemlərdə
Fitinqlər
Xüsusi quraşdırma hallarında məxsusi fitinqlər tələb olunur
SOMMER sizə demək olar ki, hər bir quraşdırma halı üçün doğru qapı dirəyi fitinqini təqdim edir. Biz qalvanizasiya olunmuş paslanmayan poladdan qapıların qaldırılması üçün olan fitinqlərə qədər bütün sahələrdə məhsullar istehsal edirik.
Bununla da bahalı quraşdırılma işləri minimuma endirilir. Bu, xərclərə qənaət edir.
Çatdırılma dairəsi
Operator vahidi twist XL
- twist XL fırlanan qapı operatoru, 1-taylı, antrasit
- sol və sağ dayanmalarda universal olaraq istifadə oluna bilər
- Bərkitmə materialı
- Qapı dirəkləri və qapı tayı fitinqləri
- nəzarət sistemi olmadan
# 3280V000

SOMloq2 simsiz rabitə sisteminə malik olan operatorlar

Təhlükəsiz şifrələnmə
Gələcəyin simsiz texnologiyası SOMloq2 hakerlərdən 128-bit AES şifrələmə vasitəsilə maksimal qorunmanı təmin edir.
Təkrar olunan simsiz rabitə siqnalı
Autorepeat funksiyası obyektin yaxınlığında rahat açılışı təmin edir. Yayılan simsiz rabitə siqnalı optimal əldə edilmə üçün müəyyən bir dövrədə təkrarlanır.
Böyük əhatə dairəsi genişliyi
İnnovativ Hop funksiyası ilə əhatə dairəsi artacaq, çünki SOMloq2 qəbuledicidən qələn simsiz rabitə siqnalları ötürülməyə davam edir.
Həmçinin mövcud SOMMER operatorları üçün
SOMloq2 ilə ötürücülər mövcud operator və simsiz rabitə qəbuledicilərinin idarə olunmasına imkan verən Somloq Rollingcode simsiz rabitə sistemi ilə geri uyğunlaşır.
twist XL nəzarəti (SOMloq2)
- korpusda (IP65)
- Simsiz rabitə qəbuledicisi SOMup4 FM 868,95 MHz (SOMloq2), qoşula bilən
- 4-idarə funksiyalı Pearl Vibe portativ transmitter (# 4019V000)
# S11526-00001

twist XXL nəzarəti (SOMloq2)
- böyük korpusda (IP67)
- əlaqə qorunması ilə
- əvvəlcədən quraşdırılmış əsas keçirici
- Simsiz rabitə qəbuledicisi SOMup4 FM 868,95 MHz (SOMloq2), qoşula bilən
- 4-idarə funksiyalı Pearl Vibe portativ transmitter (# 4019V000)
# S11812-00001
