twist AM

Maksimal 2,5 metrədək qapı tayı eni və maks. 250 kq qapı tayı çəkisi olan fırlanma qapısı üçün
Əlavə böyük dirəkləri olan qapılar üçün, twist AM düzgün seçimdir və asan quraşdırlandır.

Məhsulun üstünlükləri
Sizin və ən yaxınlarınız üçün qoruma
Nəzarət texnologiyası mühərrik yoxlaması vasitəsi ilə EN 12453-ə uyğun olaraq hərəkət gücünə nəzarət edir. Müntəzəm olaraq sınaqdan keçirilmiş və tədqiq edilmiş güc dəyərləri də ətraf mühit dəyişikliklərini (temperatur, qapının mexaniki yeyilməsi, don və buz) aşkarlayır və onları kompensasiya edir.
Bununla insanlar və nəqliyyat vasitələri üçün daima optimal təhlükəsizlik təmin edilir. Bundan başqa SOMMER əlavə təhlükəszilik aksesuarını təqdim edir. (Fotoelement, qoruyucu kontakt zolağı və s.)
Şifrələnmiş simsiz rabitə vasitəsi sayəsində təhlükəsizlik
İki istiqamətli SOMloq2 simsiz rabitə sistemi hər iki istiqamətdə radio siqnallar göndərir. Beləliklə geri xəbərdarlıq göndərilən əmr və ya qapının mövqeyi ilə əldə oluna bilər. Rollingcode 128 bitlik sistem ilə şifrələnmişdir.
Cərəyan kəsilməsi - bu halda nə etməli?
Cərəyan kəsilməsi zamanı da qapını açmaq mümkündür, bunun üçün açar vasitəsilə mexaniki təxirəsalınmaz bloklamanı manual olaraq işə sala bilərsiniz. Operatora hətta yüksək təzyiqlə təsir etdikdə belə, bloklama çox aşağı güc sərfiyyatı ilə aradan qaldırıla bilər və siz tezliklə mülkünüzə daxil olursunuz.
Aksesuarların asanlıqla modernizasiyası
Bizim modulyar prinsipimiz sayəsində aksesuar istənilən vaxt tez və asanlıqla quraşdırıla bilər.
8k2 təhlükəsizlik zolaqları üçün birləşmə variantları nəzarətdə olan standart nəzarət sisteminə daxil edilmişdir.
Mövcud çoxfunksiyalı relye vasitəsilə siz xarici qurğulara (məs. həyət işıqlandırması kimi) qoşula və onlara nəzarət edə bilərsiniz. Ehtiyaclarınız dəyişdikdə operatorunuzun rahatlığını və təhlükəsizliyini sonrakı bir tarixə də uzada bilərsiniz.
Cərəyan kəsilməsi zamanı rahatlıq
Cərəyan kəsilməsi zamanı operatorun istəkdən asılı olaraq fövqəladə hal akkumulyator paketi ilə işlədilməsi mümkündür. Bununla da gecə və pis hava şəraitində avtomobilinizdə rahat və təhlükəsiz bir şəkildə otura bilərsiniz.
Gündəlik həyatı asanlaşdıran funksiyalar
Qapının yalnız bir tayını açmaq və məsələn, velosipedi mülkə daxil etmək üçün kiçik qapı funksiyası istifadə edilə bilər. Bununla da siz əlavə bağça qapısına qənaət etmiş olursunuz və bütün giriş genişliyindən istifadə edə bilirsiniz.
Avtomatik bağlanma funksiyası sayəsində əmin ola bilərsiniz ki, siz çıxdıqdan sonra qapı daima bağlanır. İşıq bariyerini tam keçdikdən sonra qapılar əvvəlcədən müəyyən edilmiş müddətdən sonra avtomatik olaraq bağlanır.
Operator xəbərdarlıq işığı vasitəsilə qapını texniki baxışa ehtiyacı olub-olmadığını siqnal ilə bildirir. Bu, qapılarınızın və operatorunuzun xidmət ömrünü xeyli artırır.
Xərclərə qənaət edin və ətraf-mühiti qoruyun
Enerjiyə qənaət edən operatorunun gözləmə rejimində < 0,5 Vatt enerji sərfiyyatı ilə illik elektrik xərci təxminən 1,80 Avro təşkil edir. O, sadəcə iqtisadi cəhətdən sərfəli deyil, eyni zamanda ekoloji baxımdan da çox səmərəlidir.
Qoruyucu hamar keçid sayəsində uzunmüddətli xidmət ömrü
Hamar keçid standart funksiyası açılma və bağlanma zamanı həm qapını, həm də operatoru qoruyur. Qapının sonuna az məsafə qaldıqda onun hərəkət sürəti azalır, bununla da qapının mexanikası qorunur və onun xidmət ömrü uzadılır. Narahatedici bağlanma səsi yoxdur.
Əlavə avadanlıq
Əlavə avadanlıqla öz istəyinizə uyğun əlavə dəyərinizi yarada bilərsiniz. SOMMER twist AM öz modulyar sistem quruluşu vasitəsilə sizə "plug and play" prinsipinə əsasən çoxsaylı aksesuarlarla onu təkmilləşdirməyə imkan verir. Bütün aksesuar hissələrinin quraşdırılması asandır, çünki yuvalar rənglərlə işarələnmişdir və dəqiqliklə etiketlənmişdir.
Memo

450 portativ transmitter dalğalarının yaddaş genişləndirilməsi üçün istifadə olunur. Xidməti xəta olduqda yaddaşda saxlanılmış məlumatlar yeni bir barabana asanlıqla ötürülə bilər.
# 10373
Akkumulyator paketi

Cərəyan kəsildikdə akkumulyator bağlaması qapı operatorunu maksimum 10 qapalı dövrə (Açmaq/Bağlamaq) ilə 12 saata qədər elektrik enerjisi ilə təchiz edir. Normal fəaliyyət zamanı akkumulyator bağlaması sadə bir şəkildə özünü yenidən doldurur.
# 5115V001
Texniki məlumatlar
Adı | twist AM |
Temperatur diapazonu | −25 °C-dən +65 °C-dək |
Birləşmə sxemi | 230 V/50 Hz |
maks. fırlanma momenti | 120 Nm |
S3-dən sonra əməliyyat dövrü % ilə | 15% |
Açılma müddəti (90°) | təxm. 15–30 san |
maks. açılma bucağı | 130° |