twist 350


twist 350 - güclü fırlanan qapı operatoru

4 metrə qədər endə olan qapılar üçün güclü fırlanma qapısı operatoru

twist 200 E və twist 200 EL, eləcə də twist 350 universal şəkildə istifadə edilə bilər: sağ və sol dayanma üçün, eləcə də 1- və 2-taylı əməliyyatlarda. 4 metrə qədər qapı tayı enində və ya 700 kq qapı tayı çəkisində zərif dizayna malikdir.


Məhsulun üstünlükləri

Yüksək yük daşıma həcmi sayəsində təhlükəsizlik
Patentləşdirilmiş əyləc sistemi sayəsində ötürücü mexanizm mühərriki mexaniki yüklənmədən qorunur. Operator 2 tona qədər ekstremal gücə tab gətirir, məsələn, külək təsirindən, vandalizm və ya oğurlanma cəhdi zamanı o, problemsiz işləyir.

Hamar keçid sayəsində optimal güc tətbiqi
Gücün effektiv tətbiqi xətti mərhələdə tənzimlənən hamar keçidi təmin edir və artıq güc itkisinin qarşısını alır.

Gündəlik həyatı asanlaşdıran funksiyalar
Qapının yalnız bir tayını açmaq və məsələn, velosipedi mülkə daxil etmək üçün kiçik qapı funksiyası istifadə edilə bilər. Bununla da siz əlavə bağça qapısına qənaət etmiş olursunuz və bütün giriş genişliyindən istifadə edə bilirsiniz.
Avtomatik bağlanma funksiyası sayəsində əmin ola bilərsiniz ki, siz çıxdıqdan sonra qapı daima bağlanır. İşıq bariyerini tam keçdikdən sonra qapılar əvvəlcədən müəyyən edilmiş müddətdən sonra avtomatik olaraq bağlanır.

Güc ölçülməsinin elektron tənzimlənməsi sayəsində qəzalardan qorunma
Operator müstəqil surətdə buna adaptasiya olunur və Dinamik Güc Sisteminin (DGS) sayəsində ekonomik baxımdan ən sərfəli şəkildə işləyir. O, ətraf-mühit şəraitinə adaptasiya olunur və daima eyni sürətlə hərəkət edir. Maneə olduqda operator gözlənilmədən daha çox güc sərf etməli olur. Bu halda o, dayanır və ya geriyə qayıdır. Beləliklə insanların və ya əşyaların zədələnməsinin qarşısı alınır.

Avtomatik özünü əyləcləmə sayəsində təhlükəsizlik
Operatoru dayandırmaq cəhdlərində avtomatik özünü əyləcləmə sayəsində o, gücə əks təsir göstərir. Həmçinin güclü küləyə məruz qalan qapalı qapılarda da operator külək yükünə qarşı müstəqil şəkildə təzyiq edir.

Cərəyan kəsilməsi - bu halda nə etməli?
Cərəyan kəsilməsi zamanı da qapını açmaq mümkündür, bunun üçün açar vasitəsilə mexaniki təxirəsalınmaz bloklamanı manual olaraq işə sala bilərsiniz. Operatora hətta yüksək təzyiqlə təsir etdikdə belə, bloklama çox aşağı güc sərfiyyatı ilə aradan qaldırıla bilər və siz tezliklə mülkünüzə daxil olursunuz.

Hər bir incə detalına qədər düşünülmüşdür
Kabel çıxışı aşağı tərəfdə yerləşmir, bununla da döşəmə ilə təmasda olarkən zədələnmələrin qarşısı alınır. Bununla bağlı olaraq qapının sabit aşağı kəsimində daha aşağı hündürlükdə quraşdırılma mümkündür. Bunun nəticəsində daha yaxşı güc ötürülməsi və estetik baxımdan daha gözəl xarici görünüş əldə edilir.

Böyük və kiçik qapı tayı
Giriş qapısı tayının eni kiçik olduqda adətən böyük qapı tayı ilə müqayisədə daha zəif operator tələb olunur. Operatorları kombinə etmək xüsusiyyəti sayəsində siz pula və daha böyük operatordan qənaət edə bilərsiniz.
Kombinə iş rejimi twist 200 E/EL və twist XL operatorları ilə mümkündür*.

* twist 200 E/EL-operatoru və twist 350-/XL-nəzarət sistemləri yalnız "twist XS" (Art.-Nöm. 3248V000) konversiya dəsti ilə birlikdə istifadə edilə bilər.

Texniki məlumatlar

Adı twist 350
Qapı tayı çəkisi: maks. 700 kq**
Qapı tayı eni: maks. 4,0 m***
Yerdəyişmə radiusu: 450 mm
Gərginlik təchizatı: AC 220... 240 V
Mühərrik gərginliyi: DC 24 V
Nominal tezlik: 50/60 Hz
Temperatur diapazonu: –30 °C-dən +70 °C-ə qədər
Qorunma dərəcəsi: Operator: IP44
Nəzarət sistemi: IP65

** maks. 1,5 m qapı tayı enində, 1 taylı qapılı sistemlərdə
*** maks. 250 kq qapı tayı çəkisində, 1 taylı qapılı sistemlərdə

Fitinqlər

Xüsusi quraşdırma hallarında məxsusi fitinqlər tələb olunur

SOMMER sizə demək olar ki, hər bir quraşdırma halı üçün doğru qapı dirəyi fitinqini təqdim edir. Biz qalvanizasiya olunmuş paslanmayan poladdan qapıların qaldırılması üçün olan fitinqlərə qədər bütün sahələrdə məhsullar istehsal edirik.

Bununla da bahalı quraşdırılma işləri minimuma endirilir. Bu, xərclərə qənaət edir.


Çatdırılma dairəsi

SOMloq2 simsiz rabitə sisteminə malik olan operatorlar

SOMMER-dən iki istiqamətli SOMloq2 simsiz rabitə sistemi

Təhlükəsiz şifrələnmə
Gələcəyin simsiz texnologiyası SOMloq2 hakerlərdən 128-bit AES şifrələmə vasitəsilə maksimal qorunmanı təmin edir.

Təkrar olunan simsiz rabitə siqnalı
Autorepeat funksiyası obyektin yaxınlığında rahat açılışı təmin edir. Yayılan simsiz rabitə siqnalı optimal əldə edilmə üçün müəyyən bir dövrədə təkrarlanır.

Böyük əhatə dairəsi genişliyi
İnnovativ Hop funksiyası ilə əhatə dairəsi artacaq, çünki SOMloq2 qəbuledicidən qələn simsiz rabitə siqnalları ötürülməyə davam edir.

Həmçinin mövcud SOMMER operatorları üçün
SOMloq2 ilə ötürücülər mövcud operator və simsiz rabitə qəbuledicilərinin idarə olunmasına imkan verən Somloq Rollingcode simsiz rabitə sistemi ilə geri uyğunlaşır.

SOMMER twist 350 - 1 taylı dəst (SOMloq2)

twist 350, 2 taylı (SOMloq2)

  • 2 ədəd twist 350 fırlanan qapı operatoru daxildir
  • Korpusda nəzarət sistemi
  • Qapı dirəkləri və qapı tayı fitinqləri
  • Simsiz rabitə qəbuledicisi SOMup4 FM 868,95 MHz (SOMloq2), qoşula bilən
  • 4-idarə funksiyalı Pearl Vibe portativ transmitter (# 4019V000)

Art.-Nöm. S11525-00001

SOMMER twist 350 - 2 taylı dəst (SOMloq2)