twist 350 rapido

sürətli. daha sürətli. rapido.
Twist 350 rapido fırlanma qapı operatoru, twist 350-dən 30%-ə qədər maks. 27 mm/s daha təkmilləşdirilmiş itələmə sürətinə malikdir. Fırlanan qapılar üçün elektrik giriş qapısı operatoru, 3 m eni və 300 kiloqram ağırlığında tayı olan qapıları təhlükəsiz və sürətli bir şəkildə hərəkət etdirir.
Məhsulun üstünlükləri
- Təkmilləşdirilmiş itələmə sürəti sürətli açılma və bağlanmaya şəarait yaradır
- twist operator universal olaraq sağ və ya sol qapı tayına quraşdırıla bilər və problemsiz şəkildə bir-biri ilə kombinasiya oluna bilər
- xaricə açılan qapılar üçün uyğun xüsusi fitinqlərlə
- SOMMER tərəfindən təkmilləşdirilmiş və patentləşdirilmiş əyləc sistemi operatoru çox davamlı edir - hətta 2 tona qədər olan həddindən artıq güc tətbiqina qarşı (məsələn, külək yükü və ya vandalizm zamanı qırılmaqdan qorunma kimi)
- sürətli quraşdırılma və asan elektrik birləşməsi
- çoxsaylı parametr seçimləri ilə etibarlı nəzarət sistemi
- Güc ölçülməsinin elektron DGS (Dinamik Güc Sisteminin) tənzimlənməsi sayəsində daha yaxşı qəzalardan qorunma
- öz-özünə bloklanma, 3 m-ə qədər elektrik kilidi olmadan
- Operator kilidini istənilən vəziyyətdə manual olaraq və asanlıqla açmaq olar (məsələn, elektrik kəsilən zaman)
- daha sürətli açılma və bağlanma üçün qısaldılmış yeyin performans
- paslanmaz polad ölçmə şpindeli və itələyici boru ilə
- Aluminium və şüşə lifi ilə möhkəmləndirilmiş hava şərtlərinə davamlı plastik kimi paslanmaz materiallardan hazırlanmış korpus və uzun müddət texniki baxışa ehtiyacı olmayan operator
- seçimdən asılı olaraq təhlükəsizlik cihazları asanlıqla bağlana bilər (məsələn, xəbərdaredici işıq, fotoelektrik sensor və ya elektrik kilidi)
Simsiz rabitə

Təhlükəsiz şifrələnmə
Gələcəyin simsiz texnologiyası SOMloq2 hakerlərdən 128-bit AES şifrələmə vasitəsilə maksimal qorunmanı təmin edir.
Birabaşa geri bildirim
Göndərilən əmr qəbuledici tərəfindən emal olunduqda ötürücü vasitəsilə geri bildirim imkanı.
Təkrar olunan simsiz rabitə siqnalı
Autorepeat funksiyası obyektin yaxınlığında rahat açılışı təmin edir. Yayılan simsiz rabitə siqnalı optimal əldə edilmə üçün müəyyən bir dövrədə təkrarlanır.
Böyük əhatə dairəsi genişliyi
İnnovativ Hop funksiyası ilə əhatə dairəsi artacaq, çünki SOMloq2 qəbuledicidən qələn simsiz rabitə siqnalları ötürülməyə davam edir.
Həmçinin mövcud SOMMER operatorları üçün
SOMloq2 ilə ötürücülər mövcud operator və simsiz rabitə qəbuledicilərinin idarə olunmasına imkan verən Somloq Rollingcode simsiz rabitə sistemi ilə geri uyğunlaşır.
Dilerlər üçün ağıllı nəzarət texnologiyası
Ötürücülər SOMlink S2 xidmət interfeysi vasitəsi ilə proqramlaşdırıla və silinə bilər və radio qəbuledici vasitəsi ilə məlumat əldə oluna bilər.
Texniki məlumatlar
Adı | twist 350 rapido |
Simsiz rabitə sistemi | SOMloq2 |
Qapı tayı çəkisi | maks. 300 kq |
Qapı tayı eni | maks. 3 m |
Yerdəyişmə radiusu | 495 mm |
Nominal gərginlik | AC 220–240 V |
Nominal tezlik | 50/60 Hz |
Temperatur diapazonu | −30 °C … +70 °C |
Qorunma dərəcəsi | IP44 |

Aktiv qoruyucu zolaqların istifadəsi, uyğunluq bəyannaməsində sadalanan standartlara və təlimatlara, xüsusilə DIN EN 13241-ə uyğun olaraq təyin edilir.
Fitinqlər
Xüsusi quraşdırma hallarında məxsusi fitinqlər tələb olunur
SOMMER sizə demək olar ki, hər bir quraşdırma halı üçün doğru qapı dirəyi fitinqini təqdim edir. Biz qalvanizasiya olunmuş paslanmayan poladdan qapıların qaldırılması üçün olan fitinqlərə qədər bütün sahələrdə məhsullar istehsal edirik.
Bununla da bahalı quraşdırılma işləri minimuma endirilir. Bu, xərclərə qənaət edir.
Çatdırılma dairəsi
twist 350 rapido, 1 taylı (SOMloq2)
- 1 ədəd fırlanan qapı operatoru twist 350 rapido daxildir
- Korpusda nəzarət sistemi
- Qapı dirəkləri və qapı tayı fitinqləri
- Simsiz rabitə qəbuledicisi SOMup4 FM 868,95 MHz (SOMloq2), qoşula bilən
- 4-idarə funksiyalı Pearl Vibe portativ transmitter (# 4019V000)
Art.-Nöm. S12712-00001

twist 350 rapido, 2 taylı (SOMloq2)
- 2 ədəd fırlanan qapı operatoru twist 350 rapido daxildir
- Korpusda nəzarət sistemi
- Qapı dirəkləri və qapı tayı fitinqləri
- Simsiz rabitə qəbuledicisi SOMup4 FM 868,95 MHz (SOMloq2), qoşula bilən
- 4-idarə funksiyalı Pearl Vibe portativ transmitter (# 4019V000)
Art.-Nöm. S12713-00001

Digər üstünlükləri
Yüksək yük daşıma həcmi sayəsində təhlükəsizlik
Patentləşdirilmiş əyləc sistemi sayəsində ötürücü mexanizm mühərriki mexaniki yüklənmədən qorunur. Operator 2 tona qədər ekstremal gücə tab gətirir, məsələn, külək təsirindən, vandalizm və ya oğurlanma cəhdi zamanı o, problemsiz işləyir.
Hamar keçid sayəsində optimal güc tətbiqi
Gücün effektiv tətbiqi xətti mərhələdə tənzimlənən hamar keçidi təmin edir və artıq güc itkisinin qarşısını alır.
Gündəlik həyatı asanlaşdıran funksiyalar
Qapının yalnız bir tayını açmaq və məs., velosipedi mülkə daxil etmək üçün kiçik qapı funksiyası istifadə edilə bilər. Bununla da siz əlavə bağça qapısına qənaət etmiş olursunuz və bütün giriş genişliyindən istifadə edə bilirsiniz. Avtomatik bağlanma funksiyası sayəsində əmin ola bilərsiniz ki, siz çıxdıqdan sonra qapı daima bağlanır. İşıq bariyerini tam keçdikdən sonra qapılar əvvəlcədən müəyyən edilmiş müddətdən sonra avtomatik olaraq bağlanır.
Güc ölçülməsinin elektron tənzimlənməsi sayəsində qəzalardan qorunma
Operator müstəqil surətdə buna adaptasiya olunur və Dinamik Güc Sisteminin (DGS) sayəsində ekonomik baxımdan ən sərfəli şəkildə işləyir. O, ətraf-mühit şəraitinə adaptasiya olunur və daima eyni sürətlə hərəkət edir. Maneə olduqda operator gözlənilmədən daha çox güc sərf etməli olur. Bu halda o, dayanır və ya geriyə qayıdır. Beləliklə insanların və ya əşyaların zədələnməsinin qarşısı alınır.
Avtomatik özünü əyləcləmə sayəsində təhlükəsizlik
Operatoru dayandırmaq cəhdlərində avtomatik özünü əyləcləmə sayəsində o, gücə əks təsir göstərir. Həmçinin güclü küləyə məruz qalan qapalı qapılarda da operator külək yükünə qarşı müstəqil şəkildə təzyiq edir.
Cərəyan kəsilməsi - bu halda nə etməli?
Cərəyan kəsilməsi zamanı da qapını açmaq mümkündür, bunun üçün açar vasitəsilə mexaniki təxirəsalınmaz bloklamanı manual olaraq işə sala bilərsiniz. Operatora hətta yüksək təzyiqlə təsir etdikdə belə, bloklama çox aşağı güc sərfiyyatı ilə aradan qaldırıla bilər və siz tezliklə mülkünüzə daxil olursunuz.
Hər bir incə detalına qədər düşünülmüşdür
Kabel çıxışı aşağı tərəfdə yerləşmir, bununla da döşəmə ilə təmasda olarkən zədələnmələrin qarşısı alınır. Bununla bağlı olaraq qapının sabit aşağı kəsimində daha aşağı hündürlükdə quraşdırılma mümkündür. Bunun nəticəsində daha yaxşı güc ötürülməsi və estetik baxımdan daha gözəl xarici görünüş əldə edilir.
Böyük və kiçik qapı tayı
Giriş qapısı tayının eni kiçik olduqda adətən böyük qapı tayı ilə müqayisədə daha zəif operator tələb olunur. Operatorları kombinə etmək xüsusiyyəti sayəsində siz pula və daha böyük operatordan qənaət edə bilərsiniz.