twist 200 EL

Hal-hazırda onu bizim SOMloq2 iki istiqamətli simsiz rabitə sistemimiz ilə birlikdə əldə etmək mümkündür.
Simsiz rabitə qəbuledicisi modulu ilə SOMup4 mövcud operator sadə bir şəkildə SOMloq2 üzərindən uyğunlaşdırılır.
Daha çox diapazona malik güclü fırlanma qapısı operatoru
Hətta daha çox zərbəyə qarşı da bu fırlanma qapısı operatoru universaldır: daha uzun 550 m yerdəyişmə radiusu çox geniş dirəklərdə ən yüksək səviyyədə quraşdırılma rahatlığını təmin edir.
Məhsulun üstünlükləri
Daha böyük açılma bucağı
Operatorun açılma bucağı 130° çata bilər.
Daha yaxşı təhlükəsizlik üçün daha çox güc
Daha dik yerləşməsi sayəsində operator qapıya qapalı vəziyyətdə daha böyük qüvvə ilə təsir edə bilər, bununla da oğurlanma hadisələrinin əlavə olaraq qarşısını alır.
Cərəyan kəsilməsi - bu halda nə etməli?
Cərəyan kəsilməsi zamanı da qapını açmaq mümkündür, bunun üçün açar vasitəsilə mexaniki təxirəsalınmaz bloklamanı manual olaraq işə sala bilərsiniz. Operatora hətta yüksək təzyiqlə təsir etdikdə belə, bloklama çox aşağı güc sərfiyyatı ilə aradan qaldırıla bilər və siz tezliklə mülkünüzə daxil olursunuz.
Gündəlik həyatı asanlaşdıran funksiyalar
Qapının yalnız bir tayını açmaq və məsələn, velosipedi mülkə daxil etmək üçün kiçik qapı funksiyası istifadə edilə bilər. Bununla da siz əlavə bağça qapısına qənaət etmiş olursunuz və bütün giriş genişliyindən istifadə edə bilirsiniz.
Avtomatik bağlanma funksiyası sayəsində əmin ola bilərsiniz ki, siz çıxdıqdan sonra qapı daima bağlanır. İşıq bariyerini tam keçdikdən sonra qapılar əvvəlcədən müəyyən edilmiş müddətdən sonra avtomatik olaraq bağlanır.
Hər bir incə detalına qədər düşünülmüşdür
Kabel çıxışı aşağı tərəfdə yerləşmir, bununla da döşəmə ilə təmasda olarkən zədələnmələrin qarşısı alınır. Bununla bağlı olaraq qapının sabit aşağı kəsimində daha aşağı hündürlükdə quraşdırılma mümkündür. Bunun nəticəsində daha yaxşı güc ötürülməsi və estetik baxımdan daha gözəl xarici görünüş əldə edilir.
Operatorları kombinə etmək
Giriş qapısı tayının eni kiçik olduqda adətən böyük qapı tayı ilə müqayisədə daha zəif operator tələb olunur. Operatorları kombinə etmək xüsusiyyəti sayəsində siz daha böyük operator üçün tələb olunan pula və yerə qənaət edə bilərsiniz.
Kombinə iş rejimi twist 350 və twist XL operatorları ilə mümkündür*.
* twist 200 E/EL-operatoru və twist 350-/XL-nəzarət sistemləri yalnız "twist XS" (Art.-Nöm. 3248V000) konversiya dəsti ilə birlikdə istifadə edilə bilər.
twist 200 EL-də daha böyük yerdəyişmə radiusunun əlavə xüsusiyyətləri
- Operator çox geniş qapı dirəyi üzərində də quraşdırıla bilər, heç bir istisna yoxdur
- Bu operator 130°-ə qədər açılma bucağı ilə işləyə bilər
Texniki məlumatlar
Adı | twist 200 EL |
Qapı tayı çəkisi: | maks. 300 kq** |
Qapı tayı eni: | maks. 2,5 m*** |
Yerdəyişmə radiusu: | 390 mm (twist 200 E) 550 mm (twist 200 EL) |
Gərginlik təchizatı: | AC 220... 240 V |
Mühərrik gərginliyi: | DC 24 V |
Nominal tezlik: | 50/60 Hz |
Temperatur diapazonu: | –30 °C-dən +70 °C-ə qədər |
Qorunma dərəcəsi: | Operator: IP44 Nəzarət sistemi: IP65 |
** maks. 1,5 m qapı tayı enində
*** maks. 200 kq qapı tayı çəkisində
Çatdırılma dairəsi
SOMloq2 simsiz rabitə sisteminə malik olan operatorlar

Təhlükəsiz şifrələnmə
Gələcəyin simsiz texnologiyası SOMloq2 hakerlərdən 128-bit AES şifrələmə vasitəsilə maksimal qorunmanı təmin edir.
Təkrar olunan simsiz rabitə siqnalı
Autorepeat funksiyası obyektin yaxınlığında rahat açılışı təmin edir. Yayılan simsiz rabitə siqnalı optimal əldə edilmə üçün müəyyən bir dövrədə təkrarlanır.
Böyük əhatə dairəsi genişliyi
İnnovativ Hop funksiyası ilə əhatə dairəsi artacaq, çünki SOMloq2 qəbuledicidən qələn simsiz rabitə siqnalları ötürülməyə davam edir.
Həmçinin mövcud SOMMER operatorları üçün
SOMloq2 ilə ötürücülər mövcud operator və simsiz rabitə qəbuledicilərinin idarə olunmasına imkan verən Somloq Rollingcode simsiz rabitə sistemi ilə geri uyğunlaşır.
twist 200 EL, 1 taylı (SOMloq2)
- 1 ədəd twist 200 EL fırlanan qapı operatoru daxildir
- Korpusda nəzarət sistemi
- Qapı dirəkləri və qapı tayı fitinqləri
- Simsiz rabitə qəbuledicisi SOMup4 FM 868,95 MHz (SOMloq2), qoşula bilən
- 4-idarə funksiyalı Pearl Vibe portativ transmitter (# 4019V000)
Art.-Nöm. S11522-00001

twist 200 EL, 2 taylı (SOMloq2)
- 2 ədəd twist 200 EL fırlanan qapı operatoru daxildir
- Korpusda nəzarət sistemi
- Qapı dirəkləri və qapı tayı fitinqləri
- Simsiz rabitə qəbuledicisi SOMup4 FM 868,95 MHz (SOMloq2), qoşula bilən
- 4-idarə funksiyalı Pearl Vibe portativ transmitter (# 4019V000)
Art.-Nöm. S11523-00001
