twist 200 E


twist 200 E - güclü sürüşmə qüvvətinə malik fırlanan qapılar üçün operatorlar

2,5 metrə qədər endə olan qapılar üçün effektiv fırlanan qapı operatoru

Yığcam bir dizaynda, twist 200 E universal şəkildə istifadə edilə bilər: yumşaq keçid ilə sağ və sol dayanma üçün, eləcə də 1- və 2-taylı əməliyyatlarda, sona yaxınlaşdıqdan qısa müddət əvvəl sürəti azaldır və qapı və onun mexanikasını qoruyur. İnsan bundan artıq nə istəyə bilər ki.


Məhsulun üstünlükləri

Gündəlik həyatı asanlaşdıran funksiyalar
Qapının yalnız bir tayını açmaq və məsələn, velosipedi mülkə daxil etmək üçün kiçik qapı funksiyası istifadə edilə bilər. Bununla da siz əlavə bağça qapısına qənaət etmiş olursunuz və bütün giriş genişliyindən istifadə edə bilirsiniz.
Avtomatik bağlanma funksiyası sayəsində əmin ola bilərsiniz ki, siz çıxdıqdan sonra qapı daima bağlanır. İşıq bariyerini tam keçdikdən sonra qapılar əvvəlcədən müəyyən edilmiş müddətdən sonra avtomatik olaraq bağlanır.

Əyilgən quraşdıırlma xüsusiyyətləri
120° açılma bucağı yollar nahamar olduqda idealdır.

Həddindən artıq temperatura dözümlülük
Operator-30 °C-dən +70 °C-ə qədər olan ekstremal temperatur göstəriciləri uyğunlaşdırılmışdır.

Sizin və ən yaxınlarınız üçün qoruma
Nəzarət texnologiyası mühərrik yoxlaması vasitəsi ilə EN 12453-ə uyğun olaraq hərəkət gücünə nəzarət edir. Müntəzəm olaraq sınaqdan keçirilmiş və tədqiq edilmiş güc dəyərləri də ətraf mühit dəyişikliklərini (temperatur, qapının mexaniki yeyilməsi, don və buz) aşkarlayır və onları kompensasiya edir.
Bununla insanlar və nəqliyyat vasitələri üçün daima optimal təhlükəsizlik təmin edilir. Bundan başqa SOMMER əlavə təhlükəszilik aksesuarını təqdim edir. (Fotoelement, qoruyucu kontakt zolağı və s.)

Avtomatik özünü əyləcləmə sayəsində təhlükəsizlik
Mühərrikin yüksək dərəcədə özünü əyləcləməsi qapının manual sürüşməsinin qarşısını alır. Özünü əyləcləyən operator olmasa idi qapı taylarınız külək zərbəsinin təsirindən nəqliyyat vasitənizə xəsarət yetirə bilərdi.

Cərəyan kəsilməsi - bu halda nə etməli?
Cərəyan kəsilməsi zamanı da qapını açmaq mümkündür, bunun üçün açar vasitəsilə mexaniki təxirəsalınmaz bloklamanı manual olaraq işə sala bilərsiniz. Operatora hətta yüksək təzyiqlə təsir etdikdə belə, bloklama çox aşağı güc sərfiyyatı ilə aradan qaldırıla bilər və siz tezliklə mülkünüzə daxil olursunuz.

Hər bir incə detalına qədər düşünülmüşdür
Kabel çıxışı aşağı tərəfdə yerləşmir, bununla da döşəmə ilə təmasda olarkən zədələnmələrin qarşısı alınır. Bununla bağlı olaraq qapının sabit aşağı kəsimində daha aşağı hündürlükdə quraşdırılma mümkündür. Bunun nəticəsində daha yaxşı güc ötürülməsi və estetik baxımdan daha gözəl xarici görünüş əldə edilir.

Operatorları kombinə etmək
Giriş qapısı tayının eni kiçik olduqda adətən böyük qapı tayı ilə müqayisədə daha zəif operator tələb olunur. Operatorları kombinə etmək xüsusiyyəti sayəsində siz daha böyük operator üçün tələb olunan pula və yerə qənaət edə bilərsiniz.
Kombinə iş rejimi twist 350 və twist XL operatorları ilə mümkündür*.

* twist 200 E/EL-operatoru və twist 350-/XL-nəzarət sistemləri yalnız "twist XS" (Art.-Nöm. 3248V000) konversiya dəsti ilə birlikdə istifadə edilə bilər.

Texniki məlumatlar

Adı twist 200 E
Qapı tayı çəkisi: maks. 300 kq**
Qapı tayı eni: maks. 2,5 m***
Yerdəyişmə radiusu (operator başı): 390 mm (twist 200 E)
550 mm (twist 200 EL)
Gərginlik təchizatı: AC 220... 240 V
Mühərrik gərginliyi: DC 24 V
Nominal tezlik: 50/60 Hz
Temperatur diapazonu: –30 °C-dən +70 °C-ə qədər
Qorunma dərəcəsi: Operator: IP44
Nəzarət sistemi: IP65

** maks. 1,5 m qapı tayı enində
*** maks. 200 kq qapı tayı çəkisində

Fitinqlər

Xüsusi quraşdırma hallarında məxsusi fitinqlər tələb olunur

SOMMER sizə demək olar ki, hər bir quraşdırma halı üçün doğru qapı dirəyi fitinqini təqdim edir. Biz qalvanizasiya olunmuş paslanmayan poladdan qapıların qaldırılması üçün olan fitinqlərə qədər bütün sahələrdə məhsullar istehsal edirik.

Bununla da bahalı quraşdırılma işləri minimuma endirilir. Bu, xərclərə qənaət edir.


Çatdırılma dairəsi

SOMloq2 simsiz rabitə sisteminə malik olan operatorlar

SOMMER-dən iki istiqamətli SOMloq2 simsiz rabitə sistemi

Təhlükəsiz şifrələnmə
Gələcəyin simsiz texnologiyası SOMloq2 hakerlərdən 128-bit AES şifrələmə vasitəsilə maksimal qorunmanı təmin edir.

Təkrar olunan simsiz rabitə siqnalı
Autorepeat funksiyası obyektin yaxınlığında rahat açılışı təmin edir. Yayılan simsiz rabitə siqnalı optimal əldə edilmə üçün müəyyən bir dövrədə təkrarlanır.

Böyük əhatə dairəsi genişliyi
İnnovativ Hop funksiyası ilə əhatə dairəsi artacaq, çünki SOMloq2 qəbuledicidən qələn simsiz rabitə siqnalları ötürülməyə davam edir.

Həmçinin mövcud SOMMER operatorları üçün
SOMloq2 ilə ötürücülər mövcud operator və simsiz rabitə qəbuledicilərinin idarə olunmasına imkan verən Somloq Rollingcode simsiz rabitə sistemi ilə geri uyğunlaşır.

twist 200 E, 1 taylı (SOMloq2)

  • 1 ədəd fırlanan qapı operatoru twist 200 E daxildir
  • Korpusda nəzarət sistemi
  • Qapı dirəkləri və qapı tayı fitinqləri
  • Simsiz rabitə qəbuledicisi SOMup4 FM 868,95 MHz (SOMloq2), qoşula bilən
  • 4-idarə funksiyalı Pearl Vibe portativ transmitter (# 4019V000)

Art.-Nöm. S11520-00001

SOMMER twist 200 E - 1 taylı dəst (SOMloq2)

twist 200 E, 2 taylı (SOMloq2)

  • 2 ədəd fırlanan qapı operatoru twist 200 E daxildir
  • Korpusda nəzarət sistemi
  • Qapı dirəkləri və qapı tayı fitinqləri
  • Simsiz rabitə qəbuledicisi SOMup4 FM 868,95 MHz (SOMloq2), qoşula bilən
  • 4-idarə funksiyalı Pearl Vibe portativ transmitter (# 4019V000)

Art.-Nöm. S11521-00001

SOMMER twist 200 E - 2 taylı dəst (SOMloq2)