STArter S2 / STArter S2+

Heyranedici hərəkət dinamikasına sahib ağıllı sürüşən qapı operatorları
STArter S2 məhsul çeşidindən olan ağıllı sürüşən qapı operatorları kiçik və orta ölçülü sürüşən qapılar üçün ideal operatorlardır. Onların düşünülmüş nəzarət sistemi müxtəlif birləşmə imkanları təklif edir. Rahat simsiz idarəetmə ilə yanaşı SOMweb və Delta Dore ağıllı ev sistemlərinə də inteqrasiya oluna bilərlər. STArter S2+ sürüşən qapı operatoru qapı çəkisi, hərəkət məsafəsi və sürət baxımından əlavə üstünlüklərə malikdir.

Ağıllı ev üçün hazır
Bir idarəetmə, bir çox birləşmə imkanı
Fotoelement və digər təhlükəsizlik qurğuları idarəetmə tərəfindən avtomatik olaraq tanınır. Giriş və çıxışdakı LEDlər birləşmə vəziyyətinin vizual olaraq tanınmasını təmin edir. İkinci təhlükəsizlik girişini birləşdirməklə qapı lazım olduqda xaricdən və daxildən qorunur.

SOMloq2 simsiz rabitə sistemi

Təhlükəsiz şifrələnmə
Gələcəyin simsiz rabitə texnologiyası SOMloq2 hakerlərdən 128-bit AES şifrələmə vasitəsilə məlumatların maksimal qorunmasını təmin edir.
Təkrar olunan simsiz rabitə siqnalı
Autorepeat funksiyası obyektin yaxınlığında rahat açılışı təmin edir. Yayılan simsiz rabitə siqnalı optimal əldə edilmə üçün müəyyən bir dövrədə təkrarlanır.
Geri dönüş və qapı mövqeyi
İki istiqamətli SOMloq2 simsiz rabitə sistemi hər iki istiqamətdə radio siqnallar göndərir. Transmitter bunu dəstəkləyirsə, o zaman operator alınan əmrləri təsdiqləyir və ya sürüşən qapının vəziyyətini soruşulmasına icazə verir.
Böyük əhatə dairəsi genişliyi
İnnovativ Hop funksiyası ilə əhatə dairəsi artacaq, çünki SOMloq2 qəbuledicidən qələn simsiz rabitə siqnalları ötürülməyə davam edir.
Həmçinin mövcud SOMMER operatorları üçün
SOMloq2 simsiz rabitə sistemi ilə transmitterlər mövcud operator və simsiz rabitə qəbuledicilərinin idarə olunmasına imkan verən Somloq Rollingcode simsiz rabitə sistemi ilə geri uyğunlaşır.
Sürətli və sadə quraşdırılma

Ağıllı nəzarət texnologiyası
Mütəxəsislər üçün olan SOMlink S2 xidmət interfeysi tənzimləmələr və parametrləri bir smartfon, planşet və ya noutbuk istifadə etməklə konfiqurasiya etməyə imkan verir.
Üfüqi nəzarət
Üfüqi şəkildə quraşdırılmış idarəetmə sistemi asan keçid əlaqələrini təmin edir. Bütün əməliyyat elementləri birbaşa görünəndir. Çıxarılan qısqaclar asan təyinat üçün rənglə kodlanmışdır.
Üstünlüklər bir baxışda
Əlavə avadanlıq
Modul sistem quruluşu, STArter S2 məhsul çeşidinin sürüşmə qapısı operatorlarının çoxsaylı aksesuarlarla genişləndirilməsini təmin edir. Bütün aksesuarların yığılması çox asandır, çünki yuvalar rəng kodlu və eyni zamanda dəqiq etiketlidir.
Memo

Portativ transmitter yaddaşının 450 əmrə qədər uzadılması. Codemasters S2 ötürücü idarəetməsinin istifadəsinə imkan verir.
Rele

Xarici işıqlandırmaya nəzarət etmək və ya açılış vəziyyətini sorğulamaq üçün potensial olmayan dəyişmə kontaktlı rele.
Output OC

Ağıllı ev sistemlərinə açılış vəziyyətini göstərmək və ya əlavə 24 V LED işıqlandırmaya nəzarət etmək üçün statik siqnal ötürməsi üçün Open-Collector çıxışı.
HomeLink simsiz rabitə qəbuledici modul

HomeLink simsiz rabitə qəbuledicisi ilə olan operator HomeLink simsiz rabitə sistemi ilə təkmilləşdirilə bilər. Bu, nəqliyyat vasitəsinin içərisinə quraşdırılmış HomeLink ötürücü vasitəsi ilə operatorunun idarə olunmasına imkan verir.
Delta Dore X3D-modulu

Modul operatoru Delta Dore ağıllı ev sisteminə inteqrasiya etdirir. Bununla Delta Dore Tydom-mobil tətbiqetməsi vasitəsilə operatorlara nəzarət sistemini və mövqeyinin müəyyənləşdirilməsi təmin edir.
Xəbərdarlıq həyəcan siqnalı

Oğurluq cəhdi və ya kilidləmə əməliyyatı zamanı səsli siqnal ilə xəbərdarlıq edən siqnal və ya siqnalizasiya.
Divar stansiyası

3 idarə funksiyalı daxili divar açarı ilə qapını aça, dayandıra və bağlaya və ya evdə daha çox təhlükəsizlik üçün səyahət funksiyasından istifadə edə bilərsiniz.
Texniki məlumatlar
Adı | STArter S2 | STArter S2+ |
Maks. qapı çəkisi | 300 kq |
400 kq |
Min. sürüş yolu | 1400 mm | 1400 mm |
Maks. sürüş yolu | 6000 mm | 8000 mm |
Maks. fırlanma momenti | 11 Nm | 11 Nm |
Maks. sürət | 190 mm/s | 240 mm/s |
Simsiz rabitə sistemi | SOMloq2 | SOMloq2 |
Tezlik | FM 868,95 MHz | FM 868,95 MHz |
Nominal gərginlik | AC 220–240 V | AC 220–240 V |
Nominal tezlik | 50/60 Hz | 50/60 Hz |
Gözləmə rejimində icra olunma | 3 Vt | 3 Vt |
S3 əsasən istismar rejimi | 30 % | 30 % |
Qorunma dərəcəsi | IP54 | IP54 |
Min. temperatur | −20 °C | −20 °C |
Maks. temperatur | +50 °C | +50 °C |
Qapı qalxma məsafəsi | – | – |
STArter S2, əsas bağlanma zolağında aktiv bir təhlükəsizlik təmas zolağına ehtiyac duymur, onun üçün passiv rezin profil kifayət edir. STArter S2+ üçün əsas və ikinci dərəcəli bağlanma zolağında aktiv təhlükəsizlik zolaqlarının istifadəsi məcburidir.

Bütün ölçülər millimetr ilədir. Texniki dəyişikliklər mümkündür.
Tez-tez verilən suallar
STArter S2 və STArter S2+ üçün quraşdırma və istismar təlimat kitabçası Yükləmə portalından yüklənə bilər.
STArter S2 və STArter S2+ üçün quraşdırma məlumatı Yükləmə portalından yüklənə bilər.
Ağıllı sürüşən qapı operatorları opsional aksesuarlarla smartfon, planşet və ya kompüter vasitəsilə idarə oluna bilər. STArter S2 və ya STArter S2+ -u Ağıllı ev ilə idarə etmək üçün Ağıllı ev həlli SOMweb və ya Delta Dore X3D modulu lazımdır.
Əgər SOMweb varsa, tətbiqə sürüşən qapı operatoru əlavə oluna bilər. Delta Dore X3D modulu ilə sürüşmə qapısı operatorları Delta Dore ağıllı ev sisteminə inteqrasiya oluna bilər.
Operator ancaq bağlı fotoelement ilə birgə işləyə bilər.
Opsional HomeLink simsiz rabitə modulu sayəsində STArter S2 və STArter S2+ sürüşən qapı operatorları HomeLink ilə uyğundur.
- Şəbəkə gərginliyi var?
- Qoruyucu və ya əsas açar işə salınıb?
- Operatorun enerji təchizatı bir mütəxəssis tərəfindən yoxlanılmalıdır.
- Sürüşən qapı operatoru təxirəsalınmaz bloklaması deaktivləşib, operatoru yenidən bloklayın.
- Əmr verici operatora səhv qoşuldu, birləşməni yoxlayın.
- Əmr verici nasazdır
- Təhlükəsizlik təmas zolağı, fotoelement, təxirəsalınmaz dayanma və s. kimi qoruyucu qurğu işə salındı.
- Deaktivlik kilidi (tətil rejimi) divar stansiyasından aktiv edildi, əmr verici bloklandı.
- Transmitter operatorda proqramlaşdırılmamış və ya səhv dalğada proqramlaşdırılmışdır.
- Transmitterin batareyası bitib və ya şəbəkə gərginliyi yoxdur.
- Qoruyucu və ya əsas açar işə salınmayıb.
- Operatorun enerji təchizatı bir mütəxəssis tərəfindən yoxlanılmalıdır.
- Sürüşən qapı operatoru təxirəsalınmaz bloklaması deaktivləşib, operatoru yenidən bloklayın.
- Qoruyucu qurğu işə salındı, məs. : Təhlükəsizlik təmas zolağı, fotoelement, təxirəsalınmaz dayanma.
- Deaktivlik kilidi (tətil rejimi) divar stansiyasından aktiv edildi, əmr verici bloklandı.
- Transmitterin yaddaşı doludur. Bunu transmitter əlavəsi Memo ilə genişləndirə bilərsiniz.
- Transmitter SOMloq2 simsiz rabitə sistemi ilə uyğun deyil. Uyğunluğu yoxlayın.
- Transmitterin sistem şifrəsi sürüşən qapı operatoru ilə uyğun gəlmir. Sistem şifrəsi transmitterin və operatorun identifikasiya lövhəsindədir.
- Dalğa tezliyi sürüşən qapı operatoru ilə uyğun gəlmir. Dalğa tezliyi transmitterin və operatorun identifikasiya lövhəsindədir.
- Transmitterin proqramlaşdırılması SOMlink tərəfindən deaktiv edilmişdir. Satıcıdan və ya quraşdırıcıdan soruşun.
- Portativ transmitter İdarəetməsi Codemaster+ vasitəsi ilə Memo yaradıldı. Satıcıdan və ya quraşdırıcınızdan soruşun.
- Yenidən sazlama zamanı təhlükəsizlik qurğuları tədqiq olunmalıdır. Sıfırlama düyməsini bir saniyə basın.
- Təhlükəsizlik qurğularının birləşməsini yoxlayın
- Təhlükəsizlik qurğusu nasazdır
- Fəaliyyət istiqaməti əksinə çevrilir. Funksiyanı və birləşməni yoxlayın. Satıcıdan və ya quraşdırıcıdan soruşun.
- Düzgün olmayan quraşdırma yeri seçilib. DIP keçiricini yoxlayın.
- Fəaliyyət istiqaməti əksinə çevrilir. Funksiyanı və birləşməni yoxlayın. Satıcıdan və ya quraşdırıcıdan soruşun.
- Düzgün olmayan quraşdırma yeri seçilib. DIP keçiricini yoxlayın.
- Təhlükəsizlik qurğusu sürüşə başlamazdan əvvəl işə salınır və ya nasasdır. Təhlükəsizlik qurğularını yoxlayın.
- Mühərrikin xaricdən tərs itələnməsi, məs. işə salma cəhdi kimi müəyyən olunur.
- Fotoelement və ya təhlükəsizlik qurğusu aktivləşdirilib
- Mümkün olan maneəni aradan qaldırın.
- Təhlükəsizlik qurğularını yoxlayın.
- Fotoelementin mövqeyini yoxlayın.
- Müəyyən edilmiş açma/bağlama rejimi seçilmişdir
- Avtomatik qəbul rejimi seçilmişdir. Açıq saxlama müddəti bitənə qədər gözləyin (zavod parametri 60 saniyə).
- Maneə aradan qaldırılması tərəfindən müdaxilə olunub. Qapının hərəkət diapozonunu və işləmə xüsusiyyətlərini yoxlayın.
- Fotoelement və ya təhlükəsizlik təmas zolağı sürüş zamanı dayandı.
- Keçirici maqniti dişli çarxa quraşdırılmayıb
- Keçirici maqniti hermetik kontakt sensoruna çatmır. Daha ətraflı məlumatı Son vəziyyətin tənzimlənməsi bölməsindəki təlimatlardan əldə edin.