STArter+

Yığcam sürüşən qapı operatoru
Yığcam STArter+ operatoru sadə quraşdırılma üsulu ilə yüksək keyfiyyəti, etibarlı əməliyyat və geniş əlavə təhlükəsizlik xüsusiyyətləri ilə fərqlənir. "Chip-Tuning" operatora STArter ilə müqayisədə daha çox güc və daha yüksək sürət verir.
8 m hərəkət yolu və 400 kq qapı çəkisinə qədər olan sürüşmə qapıları üçün.
Məhsulun üstünlükləri
Güc ölçülməsinin elektron tənzimlənməsi sayəsində qəzalardan qorunma
Operator müstəqil surətdə buna adaptasiya olunur və Dinamik Güc Sisteminin (DGS) sayəsində ekonomik baxımdan ən sərfəli şəkildə işləyir. O, ətraf-mühit şəraitinə adaptasiya olunur və daima eyni sürətlə hərəkət edir. Maneə olduqda operator gözlənilmədən daha çox güc sərf etməli olur. Bu halda o, dayanır və ya geriyə qayıdır. Beləliklə insanların və ya əşyaların zədələnməsinin qarşısı alınır. Bundan başqa SOMMER əlavə təhlükəszilik aksesuarını təqdim edir. (Fotoelement, qoruyucu kontakt zolağı və s.)
Cərəyan kəsilməsi - bu halda nə etməli?
Cərəyan kəsilməsi zamanı da qapını açmaq üçün mexaniki təxirəsalınmaz bloklamanı manual olaraq istifadə etməlisiniz. Operatora hətta yüksək təzyiqlə təsir etdikdə belə, bloklama çox aşağı güc sərfiyyatı ilə aradan qaldırıla bilər və siz tezliklə mülkünüzə daxil olursunuz.
Yüksək dəyərli və stabil
Polad konstruksiyalı möhkəm plastmas dayaq, maksimum sabitliyi təmin edir.
Gündəlik həyatı asanlaşdıran funksiyalar
Qapının yalnız bir tayını açmaq funksiyası yalnız qapının 1 tayını açmağa və məsələn, velosipedi mülkə daxil etmək üçün istifadə edilə bilər.
Avtomatik bağlanma funksiyası sayəsində əmin ola bilərsiniz ki, siz çıxdıqdan sonra qapı daima bağlanır. İşıq bariyerini tam keçdikdən sonra qapılar əvvəlcədən müəyyən edilmiş müddətdən sonra avtomatik olaraq bağlanır.

Texniki məlumatlar
Adı | STArter+ |
Temperatur diapazonu: | −20 °C-dən +50 °C-dək |
Gərginlik təchizatı: | AC 220... 240 V |
Fırlanma momenti: | maks. 11 Nm |
Nominal tezlik: | 50/60 Hz |
Qorunma dərəcəsi: | IP54 |

Əsas və köməkçi bağlanma zolaqlarında aktiv qoruyucu lentlərin istifadəsi məcburidir. STArter+ ilə sürüşən qapılar qoruyucu lentlər olmadan istismar olunmamalıdır!
Çatdırılma dairəsi
tək operator "STArter+"
- 1 ədəd sürüşən qapı operatoru daxildir
- Mühərrik nəzarəti sistemi
- inteqrə olunmuş simsiz rabitə qəbuledicisi (FM 868,8 MHz)
- universal quraşdırma kürsülük
Art.-Nöm. 3551V000
"STArter+" komplekti
İstəyinizə uyğun olaraq "STArter+" tam dəsti haqqında daha ətraflı məlumat əldə edə bilərsiniz.