SP 900

Hal-hazırda onu bizim SOMloq2 iki istiqamətli simsiz rabitə sistemimiz ilə birlikdə əldə etmək mümkündür.
Simsiz rabitə qəbuledicisi modulu ilə SOMup4 mövcud operator sadə bir şəkildə SOMloq2 üzərindən uyğunlaşdırılır.
Qapı dirəyi üzərində etibarlı və görünməyən sürüşən qapı operatoru
SP 900-nin tam operatoru sürüşən qapı dirəyinə birləşdirilmişdir. Bu operatoru görünməz hala gətirir və sürüşmə qapının üzərində səliqəli bir görünüş təmin edir. SP 900 əyilgəndir, davamlıdır və həmçinin sənaye qapısı sistemləri üçün də uyğundur.
8 m hərəkət yolu və 400 kq qapı çəkisi olan sürüşmə qapıları üçün.
Məhsulun üstünlükləri
Sizin və ən yaxınlarınız üçün qoruma
Operator müstəqil surətdə buna adaptasiya olunur və Dinamik Güc Sisteminin (DGS) sayəsində ən yaxşı şəkildə işləyir. O, ətraf-mühit şəraitinə adaptasiya olunur və daima eyni sürətlə hərəkət edir. Maneə olduqda operator gözlənilmədən daha çox güc sərf etməli olur. Bu halda o, dayanır və ya geriyə qayıdır. Beləliklə insanların və ya əşyaların zədələnməsinin qarşısı alınır. Bundan başqa SOMMER əlavə təhlükəszilik aksesuarını təqdim edir. (Fotoelement, qoruyucu kontakt zolağı və s.)
Avtomatik özünü əyləcləmə sayəsində təhlükəsizlik
İnteqrə edilmiş elektron kilid yüksək özünü əyləcləmə və oğurlanma cəhdlərinən qorunmanı təmin edir. Operatoru dayandırmaq cəhdlərində avtomatik özünü əyləcləmə sayəsində o, gücə əks təsir göstərir.
Fövqəladə dayanma funksiyası vasitəsilə təhlükəsizlik
Daha yüksək səviyyədə təhlükəsizlik üçün ön xəbərdarlıq sistemi və fövqəladə dayanma funksiyası inteqrə edilmişdir.
Qoruyucu hamar keçid sayəsində uzunmüddətli xidmət ömrü
Hamar keçid standart funksiyası açılma və bağlanma zamanı həm qapını, həm də operatoru qoruyur. Qapının sonuna az məsafə qaldıqda onun hərəkət sürəti azalır, bununla da qapının mexanikası qorunur və onun xidmət ömrü uzadılır. Narahatedici bağlanma səsi yoxdur.
İstifadə olunan qapı istismarı tənzimləməsi
Qapı seçici keçirici vasitəsilə sola və ya sağa doğru tənzimlənə bilər. Bu o, deməkdir ki, mühərrik və sonluq keçiriciləri yenidən qurulması zəruri deyildir. Hərəkət məsafəsini DIP keçirici sadə bir şəkildə çevirərək rahatlıqla tənzimləmək olar.
Cərəyan kəsilməsi zamanı akkumlyator
Cərəyan kəsilməsi zamanı operatoru istəkdən asılı olaraq fövqəladə hal akkumulyator paketi ilə istifadə etmək mümkündür.
Ətraf mühit və səmərəlilik
İqtisadi cəhətdən səmərəli həlqə nüvəli transformator sayəsində enerji sərfiyyatı və ətraf mühitə təsiri azdır.
Gündəlik həyatı asanlaşdıran funksiyalar
Qapının yalnız bir tayını açmaq funksiyası yalnız qapının 1 tayını açmağa və məsələn, velosipedi mülkə daxil etmək üçün istifadə edilə bilər.
Avtomatik bağlanma funksiyası sayəsində əmin ola bilərsiniz ki, siz çıxdıqdan sonra qapı daima bağlanır. İşıq bariyerini tam keçdikdən sonra qapılar əvvəlcədən müəyyən edilmiş müddətdən sonra avtomatik olaraq bağlanır.
Əlavə avadanlıq
Əlavə avadanlıqla öz istəyinizə uyğun əlavə dəyərinizi yarada bilərsiniz. SOMMER SP 900 öz modulyar sistem quruluşu vasitəsilə sizə "plug and play" prinsipinə əsasən çoxsaylı aksessuarlarla onu təkmilləşdirməyə imkan verir. Bütün aksesuar hissələrinin quraşdırılması asandır, çünki yuvalar rənglərlə işarələnmişdir və dəqiqliklə etiketlənmişdir.

Akkumulyator paketi

Cərəyan kəsildikdə akkumulyator bağlaması qapı operatorunu maksimum 10 qapalı dövrə (Açmaq/Bağlamaq) ilə 12 saata qədər elektrik enerjisi ilə təchiz edir. Normal fəaliyyət zamanı akkumulyator bağlaması sadə bir şəkildə özünü yenidən doldurur.
# 5115V001
Texniki məlumatlar
Adı | SP 900 |
Temperatur diapazonu: | –20 °C-dən +60 °C-ə qədər |
Gərginlik təchizatı: | AC 220... 240 V |
Fırlanma momenti: | maks. 10 Nm |
Nominal tezlik: | 50/60 Hz |
Qorunma dərəcəsi: | IP44 |
Açılma sürəti: | max. 285 mm/san |
Dirək hündürlüyü SP 900 1500 mm
- Alminium dirək
- Dirək örtüyü
- Dayaq kürsülüyü
Art.-Nöm. 3712V000
Dirək hündürlüyü SP 900 2100 mm
- Alminium dirək
- Dirək örtüyü
- Dayaq kürsülüyü
- Məngənə dəsti
Art.-Nöm. 3710V000
SP 900 operaor vahidi
- Mühərrik nəzarəti sistemi
- Simsiz rabitə qəbuledicisi FM 868,8 MHz (Somloq Rollingcode), qoşula bilən
- Quraşdırma materialı
Art.-Nöm. 3703V000