SOMweb

Təhlükəsiz Ağıllı-Ev-həlləri
SOMweb qarajdakı məlumatları saxlayan təhlükəsiz ağıllı ev sistemidir. Sistem, operatorların ağıllı telefon mobil tətbiqetməsi və ya veb brauzer vasitəsilə idarə olunmasına imkan verir. Məlumatlar təhlükəsizdir, çünki onlar xarici serverlərdə saxlanılmır, sözün əsl mənasında güclü qorunur.
SOMweb-in operatorunuza uyğunluğunu yoxlamaq üçün, Uyğunluq bölməsinə baxa bilərsiniz.
Digər üstünlükləri
Uyğunluq
SOMweb növbəti məhsullar ilə uyğunluğu.

Operator ancaq bağlı fotoelektrik bariyer ilə birgə işləyə bilər.
Təhlükəsizlik
İnteqrə olunmuş server SOMweb-də bütün məlumatları saxlayır. İstifadəçi məlumatları böyük miqdarda məlumat ehtiva etdiyi üçün hakerların potensial hədəfi ola bilən xarici serverlərdə saxlanmır. Beləliklə sizin məlumatlarınız haker hücumlarına qarşı ən yaxşı şəkildə qorunur. SOMweb və sürücü arasında əlaqə 128 bit AES şifrələmə ilə SOMloq2 simsiz rabitəsi vasitəsilə həyata keçirilir. Görmə sahəsi xaricində daha çox təhlükəsizlik üçün, bildirişlər qapıda hər hası bir hərəkətlilik haqqında məlumatı və opsional video funksiyanı təmin edir.
Rahatlıq
SOMweb mobil tətbiqetməsi ilə gələcəkdə bir barmaq toxunuşu ilə bütün operatorlarınızı idarə edə bilərsiniz.
Ağıllı Ev inteqrasiyası
SOMweb-i Ağıllı evə inteqrasiya edin və qarajınızı həmişəki sisteminiz vasitəsi ilə idarə edin.
Video funksiyası
İstifadəçi idarəetməsi
Siz məhdudiyyətsiz sayda istifadəçi üçün qapı girişini geniş əhatəli istifadəçi idarə olunması və giriş nəzarəti ilə vaxt və ya məkana uyğun olaraq təyin edə bilərsiniz.

SOMweb mobil tətbiqetməsinin istifadəsi
İOS / iPhone üçün quraşdırma və istifadə
Android üçün quraşdırma və istifadə
Bütün üstünlüklər bir baxışda
* IP kamera tələb olunur.
Tez-tez verilən suallar
SOMweb üçün quraşdırma və istismar təlimatları Yükləmə portalından yüklənə bilər. Təlimata
SOMweb-in simsiz routerın əhatə dairəsinin çərçivəsində bir yerdə, operatorun isə simsiz rabitə diapozunu daxilində olduğundan əmin olun.
Operatorunuzun SOMweb ilə uyğun olub olmadığını yoxlayın. Uyğunluğa
SOMweb-in Wi-Fi şəbəkəsinə qoşulduğundan əmin olun. Bundan əlavə, WLAN-ın simsiz rabitə fəaliyyətini əngəlləyə biləcək mənbələri müəyyən edərək aradan qaldırın.
SOMweb düzgün şəbəkə ilə birləşdirilibsə, fotoelektrik bariyeri yoxlayın. Əgər bu detal qüsurlu olsa, SOMweb-i istifadə etməzdən öncə təmir edilməli və ya dəyişdirilməlidir. Həmçinin operatorunuzun SOMweb ilə uyğun olub olmadığını yoxlayın. Uyğunluğa
SOMweb-in Wi-Fi şəbəkəsinə qoşulduğundan əmin olun. Bundan əlavə, WLAN-ın simsiz rabitə fəaliyyətini əngəlləyə biləcək mənbələri müəyyən edərək aradan qaldırın.
SOMweb düzgün şəbəkə ilə birləşdirilibsə, fotoelektrik bariyeri yoxlayın. Əgər bu detal qüsurlu olsa, SOMweb-i istifadə etməzdən öncə təmir edilməli və ya dəyişdirilməlidir. Həmçinin operatorunuzun SOMweb ilə uyğun olub olmadığını yoxlayın. Uyğunluğa
SOMweb-in Ağıllı ev həllini yalnız qapalı fotoelektrik bariyer ilə əlaqələndirə bilərsiniz. Uyğun operatorların siyahısını Uyğunluqəldə edə bilərsiniz.
Şifrəni dəyişdirmək
Şifrənizi tətbiqetmə istifadəçi idaretməsində dəyişə bilərsiniz.
Şifrəni sıfırlmaq
SOMweb şifrənizi unutmusunuzsa, təhlükəsizlik səbəbindən qurğunu sıfırlamalısınız (zavod sazlamalarını bərpa etmək) və sonra SOMweb-i yenidən istifadə edin. Qurğunun sıfırlaması edilən sazlanmış parametrləri silir. Bundan sonra administrator və istifadəçilər artıq SOMweb tapa bilməyəcəklər. O yenidən qurulmalı və birləşdiriləcəyi cihazlara bağlanmalıdır.
Sıfırlama düyməsini SOMweb-in ön hissəsində tapacaqsınız. Sıfırlama düyməsini vəziyyət LED indikator qırmızı yanıb sönənə qədər nazik (iti olmayan) bir cisimlə basıb saxlayın. Zavod sazlamaları bərpa edilmişdir.
Daha ətraflı məlumatı quraşdırma və istismar təlimatlarından əldə edə bilərsiniz.
Apple Home mobil tətbiqetməsində cihazlar əlavə etməklə bağlı daha ətraflı məlumat üçün Apple FAQ-a baxın.
SOMweb mobil tətbiqetməsini açın və parametrlərə keçin. "Apple HomeKit" menyusunu seçin və təlimatlara əməl edin. Geri sıfırlamaq üçün basın.
Apple Home mobil tətbiqetməsində cihazlar əlavə etməklə bağlı daha ətraflı məlumat üçün, Apple FAQ-a baxın.
SOMweb-də şəbəkə LED-lərinin daimi göy rəngdə yandığını yoxlayın. Əgər yanmırsa, şəbəkəni və SOMweb-i ilkin parametrlərə sıfırlayın.
Wi-Fi parametrlərini ağıllı telefon, planşet və ya kompyuterdə açın. SOMweb Hub seçin və quraşdırma SOMweb mobil tətbiqetməsi vasitəsilə başladın. "Apple HomeKit artıq quraşdırılmışdır?" sualına "Bəli" seçin.
SOMweb-in Apple Home mobil tətbiqetməsində və mobil cihazınızda eyni şəbəkəyə daxil olduğunu yoxlayın. Həmçinin, SOMweb-inizin quraşdırılması zamanı heç bir mərhələni buraxmadığınızdan əmin olun. Həmçinin Apple veb saytında Apple Home mobil tətbiqetməsinə necə cihaz əlavə edilməsi haqqında da oxuya bilərsiniz.
Apple Home mobil tətbiqetməsində cihazlar əlavə etməklə bağlı daha ətraflı məlumat üçün Apple FAQ-a baxın.
Ağıllı ev cihazlarını digər istifadəçilərə açmaq üçün Apple təlimatını oxuyun. Təlimata
Bəli, mümkündür. SOMweb əvvəlcə mövcud şəbəkəyə inteqrasiya olunmalıdır; burada sadəcə standart quraşdırmanı həyata keçirin. Son olaraq SOMweb mobil tətbiqetməsinin parametrlərinin Wifi menyusu altında "Offline rejimində WLAN" altbaşlığı seçilə bilər.
Google Home şifrəsi Google Home istifadə edərkən verbal əmri təsdiq etmək üçün istifadə olunur. Məsələn, Google Home istifadə etmirsinizsə, şifrəni "1234" kimi daxil bilərsiniz.
IFTTT veb saytına daxil olun və ya telefonunuza mobil tətbiqetməni quraşdırın. Sonra hesab məlumatlarınızla daxil olun. Əgər hesabınız yoxdursa, yenisini yaradın. IFTTT-ə
Axtarış bölməsində "GarageWifi & Gates" i axtarın və görünən appletlərdən müvafiq xidməti seçin. Sonrakı səhifədə "Bağlan" seçin və sonra dərhal xarici səhifəyə yönləndiriləcəksiniz.
Müraciət bölməsi görünür. Bunun üçün bir "Remote Access URL", bir istifadəçi adı və şifrə daxil etməlisiniz. "Remote Access URL"-ni SOMweb mobil tətbiqetmənizin parametrlərində "Veb səhifə" başlığı altında olan cihaz məlumatında tapa bilərsiniz. "Remote Access URL" bölməsindəki linki kopyalayın və SOMweb-nizin istifadəçi adını və şifrəsini daxil edin. İndi "Authorize" düyməsinə basın və aktivləşdirmək istədiyiniz appleti növbəti səhifədən seçin.
SOMweb fabrikadan "Google Assistan"-a uyğun olaraq istehsal olunub. Google Assistant-ı aktivləşdirmək üçün, Google tərəfindən verilən təlimatlara əməl edin. Təlimata
Biz IP kameralarımızın xarici və ya daxili istifadə üçün istifadəsini məsləhət görürük. IP kameralarına keçid
Mövcud IP kameram SOMweb ağıllı ev həllinə uyğunlaşdırıla bilərmi?
Uyğun IP kameralarının siyahısı ilə IP kameralarının uyğunluğu icmalında tanış ola bilərsiniz.
Uyğun USB Ethernet adapter siyahısını Yükləmə Portalında tapa bilərsiniz
Texniki məlumatlar
Adı | SOMweb |
Artikul nömrəsi | S11342-00001 |
Simsiz rabitə sistemi | SOMloq2 |
Tezlik | FM 868,95 MHz |
Giriş (şəbəkə naqili) | 100-240 V, 50/60 Hz |
Çıxış (şəbəkə naqili) | DC 5 V, 1 A |
WLAN | 2,4 GHz / IEEE 802.11b/g/n |
Birləşmə | USB |
Qorunma dərəcəsi | IP20 |
Ölçülər (şəbəkə naqili olmadan) | 102 × 80 × 28 mm |