SOMMER haqqında


SOMMER Antriebs- und Funktechnik GmbH

SOMMER Antriebs- und Funktechnik GmbH

SOMMER Antriebs- und Funktechnik GmbH, ev avtomatlaşdırılmasında yüksək keyfiyyətli qaraj qapısı, fırlanan qapı, sürüşən qapı, jalüz və tent operatorları, habelə simsiz texnologiyalı uzaqdan nəzarət qurğuları üzrə Avropada aparıcı istehsalçılardan biridir.

SOMMER mükəmməl keyfiyyətə və əvəzedilməz xidmətə çox böyük əhəmiyyət verir. Buna görə istehsal olunan bütün məhsulların satışı yalnız ixtisaslaşmış diler vasitəsi ilə həyata keçirilir. 1995-ci ildən DIN EN ISO 9001 sertifikatına əsasən sertifikatlaşdırma aparılır. Müştərilərə yönəldilmiş SOMMER şirkət fəlsəfəsi onun siyasətində də öz əksini tapmışdır.

SOMMER təxminən 80%-lik ixracat payı ilə beynəlxalq rəqabət qabiliyyətini vurğulamış və bir sıra çətin xarici bazarlarda alman keyfiyyətli işlərini uğurla satışa çıxarmışdır.

SOMMER, "Innovativ durch Forschung" keyfiyyət möhürünü alıb

SOMMER öz test və yoxlama mərkəzi ilə tədqiqat və təkmilləşdirilməyə (AvT) ortalama göstəricidən yuxarı investisiya edən şirkətlər arasındadır. Bunun üçün SOMMER 2016 və 2022 Stifterverband für die Deutsche Wissenschaft e.V. tərəfindən "Innovativ durch Forschung" keyfiyyət möhürünə layiq görülmüşdür. Keyfiyyət möhürü tədqiqat və təkmilləşdirmədə öz xüsusi nailiyyətləri ilə fərqlənən şirkətlərə təqdim edilir.