SOMlink S2 Xidmət-İnterfeysi

Peşəkarlardan peşəkarlar üçün.
Dilerlər üçün ağıllı nəzarət texnologiyası.
SOMlink Ağıllı nəzarət texnologiyasını istifadə edərək müxtəlif xüsusiyyətləri və parametrləri uyğunlaşdırmaq üçün əlavə imkanlar Veb-mobil əlavəsi vasitəsilə ağıllı telefon, planşet və ya dizüstü kompüterdə asanlıqla əldə edilə bilər.
SOMlink S2 Xidmət interfeysi yalnız dilerlərdən əldə edilə bilər!
Bu xidmət vasitəsinin yalnız diler vasitəsilə satışı təlim keçmiş mütəxəssis tərəfindən düzgün parametrləşməni təmin edir.
Özünüz test edin:
SOMlink S2 Demo versiya
Yeniləyin və güncəlləyin:
SOMMERsuite

Plug and play.
Birbaşa və təhlükəsiz.
Texnik
- Ağıllı telefon, planşet və ya dizüstü kompüterlər üçün universal
- WLAN interfeysi və SOMMER simsiz rabitə texnologiyası
- İnteqrə olunmuş WLAN-Modulu
- İnteqrə olunmuş Vebserver
- Olduğunuz məkandan internet bağlantısının olması vacib deyil!
İdarəetmə cihazı ilə (ağıllı telefon, planşet və ya dizüstü kompüterlər) SOMlink S2 arasında birbaşa WLAN bağlantısı qurulur. - Xarici serverdə məlumatlarınız saxlanılmır

Quraşdırın. Kalibrləyin. Vizuallaşdırın.
Hamısı bir yerdə.
Diaqnoz və xidmət
- İstismara verilmə zamanı dəstək
- Transmitteri silmək
- Güc dəyərlərini proqramlaşdırmaq
- və daha çoxu
- Operator parametrlərini dəyişdirin
- İşıqlandırma müddəti
- Sürətlər
- Ön xəbərdarlıq vaxtı
- Təhlükəsizlik cihazlarını konfiqurasiyalaşdırmaq
- və daha çoxu
- Güc dəyərlərinin kalibrlənməsi
- Quraşdırma məlumatlarını oxumaq/Yaddaşda saxlamaq və yükləmək
- Diaqnostik məlumatları oxumaq
- Dövrə sayğacı
- Xəta arxivi
- Güc əyrilərinin görünüşü
- və daha çoxu

Həmişə sağ tərəfdə.
Altı ədəd operator, bir ədəd İnterfeys.
Uyğunluq
Xidmət interfeysi SOMloq2 ilə uyğunlaşan qəbuledicisi olan operatorlar üçün uyğundur. SOMMER çeşidləməsində aşağıdakı məhsullar hal-hazırda aktualdır:
SOMMERsuite ilə yeniləyin və güncəlləyin

SOMMERsuite ilə cihazınızı rahat və asanlıqla yeniləyə bilərsiniz. SOMMERsuite proqramını kompüterinizə yükləyin və onu quraşdırın. SOMMERsuite cihazınız üçün proqram güncəllənməsinin olub olmadığını yoxlayır, lazım olduqda yükləyir və cihazınızı yeniləyir.
SOMMERsuite yüklə
(Microsoft Windows 7 və ya daha yeni versiya)
Məsuliyyətdən imtina: Bu proqram SOMMER tərəfindən heç bir öhdəlik və zəmanət olmadan istifadəyə verilmişdir. Xüsusilə digər platformalar (əməliyyat sistemləri) ilə işləyərkən əməliyyatın düzgünlüyü və yerinə yetirilmə dərəcəsinə zəmanət verə bilmərik. Faylları yükləyərək siz SOMMER-in sisteminizdəki hər hansı bir zədələnmə və ya xətaya görə məsuliyyət daşımadığını qəbul etdiyinizi bildirirsiniz.
Tez-tez verilən suallar
SOMlink xidmət interfeysinin funksiyalarını www.somlink.sommer.eu saytındakı demo versiyamızda pulsuz olaraq test edə bilərsiniz.
SOMlink ilə təhlükəsizliklə əlaqəli parametrlər tətbiq edilə bilər ki, bu da qapı sisteminin təhlükəsizlik tədbirləri xaricində işləməsinə səbəb ola bilər. Yalnız təlim keçmiş mütəxəssislərin istifadə etməsinə icazə verilir.
SOMlinkdən istifadə etmək üçün internet bağlantısına ehtiyac yoxdur. Yalnız bir ağıllı telefon, planşet, dizüstü kompüterlər və ya kompüter kimi WLAN dəstəkli cihaz.
Standart rejim
Cihazınızdakı mövcud WLAN birləşməsində görünən SOMlink tərəfindən təmin olunan şəbəkəyə qoşulursunuz.
Hotspot rejimi
Hotspot rejimi son cihazla SOMlink arasında daha sabit bir əlaqə təqdim edir. Standart rejimdə qoşulma problemləri yaranarsa, hotspot rejimindən istifadə etməlisiniz.
SOMlink, ağıllı telefon (Android) və ya kompüter (Windows) vasitəsilə təmin etdiyiniz mobil Hotspota qoşulur.
- SOMlink enerji mənbəyinə 20 saniyədən çox qoşulmamalıdır. Lazım olduqda şəbəkədən ayırın və yenidən taxın.
- Parametrlərdə Horspotun düzgün qeyd olunmasına diqqət yetirin: Ad və şifrə (böyük və kiçik hərf, boşluq olmadan, Mac ünvanının düzgün simvolları).
- SOMMERsuite köməyi ilə SOMlink-in proqram təminatını yeniləyin.
Veb brauzeriniz vasitəsilə SOMlink dilini dəyişə bilərsiniz. SOMlink istifadəçi interfeysi təyin olunmuş brauzer dilinə uyğunlaşır.
Aşağıdakı linkdən istifadə edərək URL-in sonundakı ölkə kodunu müvafiq yerli dilə dəyişdirə bilərsiniz: http://somlink.lokal/webglt/index.html?language=de
Dil | Ölkə kodu |
Alman dili | de |
İngilis dili | en |
Fransız dili | fr |
İspan dili | es |
Portuqal dili | pt |
İtalyan dili | it |
Polyak dili | pl |
Macar dili | hu |
Rus dili | ru |
Niderland dili | nl |
Çex dili | cs |
Rumın dili | ro |
Slovak dili | sk |
İsveç dili | sv |
Danimarka dili | da |
Norveç dili | no |
Çin dili | zh |
Fars dili | fa |
Korea dili | ko |
Yapon dili | ja |
Şəbəkə açarı ilk daxil olduğunuzda yaddaşda saxlanılır və buna görə yenidən qoşulduqda bir daha daxil edilməsinə ehtiyac yoxdur.
İstifadəçi interfeysini standart rejimdə veb brauzer vasitəsi ilə istifadə edə bilərsiniz. Texniki səbəblərdən təəssüf ki, iOS üçün mobil əlavə mövcud deyil. Standart rejim iOS cihazları ilə problemsiz işlədiyinə görə iOS cihazları üçün Hotspot rejimi mövcud deyil.
Bağlantı yalnız iOS 13 və ya daha yeni versiyalarında mümkündür. Cihazınızı ən son proqram versiyasına güncəlləyin. Alternativ olaraq, başqa bir brauzerlə qoşulmanı sınaya bilərsiniz.
SOMlinkin Android cihazına qoşulması üçün təlimatları Yükləmə bölməsində əldə edə bilərsiniz.
Android 9 və 10 əməliyyat sistemi olan cihazlarda tətbiqdə standart rejim mövcud deyil. SOMlink WLAN-a qoşulduqda brauzerdə http://somlink.lokal linki vasitəsilə standart rejim yenə də çağırıla bilər.
Android 8-dən yuxarı versiyalar üçün Hotspot rejimindən istifadə etməyi məsləhət görürük.
Yükləmə bir dəqiqə çəkə bilər. Yükləmə uzun çəkirsə, Hotspot rejimindən istifadə edin (Android və ya Windows cihazları).
İstismar interfeysi ümumiyyətlə yüklənmirsə, aşağıdakı addımları yoxlamalısınız:
- Şifrənin düzgün daxil edildiyinindən əmin olun
- SOMlink-in LED-lərini yoxlayın. Cihaza qoşulmadan əvvəl hər iki LED qırmızı rəngdə yanır. Əks təqdirdə, başqa bir cihaz artıq SOMlinkə qoşulub. SOMlinkə qoşulduqdan sonra düzgün olan LED qırmızı rəngdən yaşıl rəngə dəyişir. Lazım gələrsə, qoşulu cihazı ayırın.
- Tətbiqetmə və ya başqa bir veb brauzer vasitəsilə istifadəçi interfeysini açın.
- Hotspot rejimindən istifadə edin (Android cihazları və ya Windows proqram təminatlı kompüterlər)
SOMMERsuite ilə yenilənmələr
- Quraşdırılmış proqram versiyası istifadəçi interfeysinin sol alt hissəsində göstərilir.
- Mövcud proqram versiyası SOMMERsuite və ya Demo versiyası vasitəsilə çağırıla bilər.
SOMlink SOMMERsuite proqramı vasitəsilə güncəllənir. Quraşdırma təlimatlarını və proqramı Yükləmə bölməsindən əldə edə bilərsiniz. Kompüterinizdə və ya dizüstü kompüterinizdə inteqrasiya olunmuş bir W-LAN modulu və ya çubuq təmin olunduğundan əmin olun.
Uğurlu bir yeniləmədən sonra istifadəçi interfeysində hələ də proqramın köhnə versiyasını görürsünüzsə, səhifəni yenidən yükləməlisiniz. Alternativ olaraq brauzeri yenidən başlatmalı və veb brauzerdəki müvəqqəti məlumatları (Cache) silməlisiniz.
SOMlink SOMMERsuite proqramı vasitəsilə güncəllənir və yalnız Windows üçün mövcuddur. Quraşdırma təlimatlarını və proqramı Yükləmə bölməsindən əldə edə bilərsiniz.
SOMMERsuite yalnız proqram təminatı Windows 7-dən başlayan Windows kompüterində və ya dizüstü kompüterdə işləyir.
Yeni proqram təminatı versiyası üçün yoxlama tamamlana bilmədi. SOMlink-i yenidən işə saldıqdan sonra qoşulma problemi ola bilər. Yoxlama güncəlləməni yenidən işə salınaraq həyata keçirilə bilər.
Xəta bildirişi: “SOMlink və ya Codemaster+ ilə WLAN bağlantısı qurarkən yaranan xəta, səbəb: Dəyər SIFIR ola bilməz. Parametr adı: mənbə”
- Kompüterinizdə WLAN interfeysi yoxdur və ya deaktiv edilmişdir.
- WLAN-ı Windows Məlumat Mərkəzi vasitəsilə aktivləşdirin.
Xəta bildirişi: “İnternet bağlantısı yoxlanarkən xəta. Səbəb: Mümkün internet bağlantısı yoxdur”
- İnternet bağlantısını yoxlayın (LAN və W-LAN)
- WLAN-nızın SOMlinklə əlaqəli olmadığından əmin olun.