Şirkət direktivləri


SOMMER Antriebs- und Funktechnik GmbH

SOMMER Qrupun keyfiyyətin idarə edilməsi üzrə təlimat kitabçası

SOMMER Qrup aydın, gələcək vəd edən konsepsiya və dinamik, motivasiyalı komanda sayəsində effektiv və uğurlu şirkətlər qrupuna çevrilmişdir.

“Uğurun sirri nədir? İnsanların məmnun olduğu şeydən heç vaxt məmnun qalmayın”.

Müştərilərimiz və onların ehtiyacları uğurumuzun əsasını təşkil edir. Biz həmişə müştərilərin cari istəklərinə dərhal reaksiya və tələblərinə cavab verməyə çalışırıq. Buna görə də SOMMER Qrup müştərilərin gözləntilərini bilmək və onları innovativ məhsul və xidmətlərə çevirməyi prioritet kimi görür. Bu, qapı operatoru texnologiyası, simsiz rabitə texnologiyası, ev qapıları, eləcə də qapı texnologiyamız, dekorativ metal hissələr və komponentlər vasitəsi ilə həyata keçirilir.

Qənaətcil istehsal ideyası bütün SOMMER Qrupu tərəfindən həyata keçirilir və bu bizə davamlı təkmilləşdirmə prosesini təmin etməyə imkan verir. Bu ideallar şirkət maraqları üçün bütün əməkdaşlar tərəfindən həyata keçirilir.

Şəffaf strukturlaryaxşı təşkilatçılıq komanda üzvlərimizə onlara tapşırılan işi müstəqil şəkildə və öz məsuliyyətləri altında yerinə yetirməyə imkan verir.

Biz sərbəst işi və şəxsi məsuliyyəti təcrübə və təbliğ edirik, çünki bu, bizə mümkün olan ən yüksək uğuru vəd edir. Bunun nəticəsində yaranan məmnunluq və motivasiya şirkətimiz üçün birgə gələcəyə doğru mühüm və düzgün addımdır.

Bunun üçün bütün əməkdaşlarımıza təşəkkür edirik.

Bu korporativ öhdəlik dəstəklənir və təşviq edilir.


İdari heyət

Gerd Schaaf (SOMMER Qrup İcraedici direktoru)

Gerd Schaaf
SOMMER Qrup İcraedici direktoru
İcraedici tərəfdaş

Dieter Walddörfer (Texniki Direktor)

Dieter Walddörfer
Texniki Direktor
SOMMER Antriebs- & Funktechnik GmbH

Wolfgang Schank (Direktor)

Wolfgang Schank
Direktor
Groke Türen GmbH, metaku Metall- und Kunststoffbau GmbH

Tobias Beck (Direktor)

Tobias Beck
Direktor
APERTO Torantriebe GmbH

Steffen Schaaf (Direktor)

Steffen Schaaf
Direktor
Triebenbacher Betriebsgesellschaft mbH

Johnny Creemers (Direktor)

Johnny Creemers
Direktor
DOCO International B.V.


Bizim fəlsəfəmiz

Direksiya

Bizim direksiya prinsiplərimiz əməkdaşlığa, səlahiyyət bölgüsünə, hər bir fərdin şəxsiyyətinə hörmətə və bütün səviyyələrdə yüksək dərəcədə müstəqilliyə və məsuliyyətə əsaslanır.

Odur ki, bütün direksiya üzvləri və əməkdaşlar öz fəaliyyətini bu nəşrin tələblərinə və əlavə təlimatlara uyğun olaraq proses keyfiyyətini, ətraf mühit mühafizəsini, bütün maraqlı qrupların sağlamlıq və təhlükəsizlik məsələlərini nəzərə alaraq yerinə yetirməlidir.

Məsul şəxslər müştərilərin, təchizatçıların və əməkdaşların məmnunluğunu mühafizə edən və təkmilləşdirən bütün proseslərin və xidmətlərin effektivliyini müntəzəm olaraq nəzərdən keçirirlər.

Əməkdaşların orientasiyası

Daimi kommunikasiya və lazımi sənədləşdirmə bütün komanda üzvlərinin öz öhdəlikləri və hüquqlarından xəbərdar olmasını və şirkətin məqsədlərinə hansı töhfə verdiklərini müəyyənləşdirir. Komanda üzvlərimiz hərtərəfli peşəkar təkmilləşdirmə və təlim proqramları ilə həvəsləndirilir və motivasiya olunur. “Komanda üzvləri komanda üzvlərini öyrədir” öyrənmə və biliklərin ötürülməsi planının bir hissəsidir.

Şöbənin məqsədləri işçilərlə birlikdə şöbə müdirləri tərəfindən işlənib hazırlanır, təqdim olunur və qarşıya qoyulan məqsədlərə nail olunması yoxlanılır. Cari məlumatlarla şirkətdəki hər bir komanda üzvü öz fəaliyyətinin nəticələrini bilir və onları qiymətləndirə bilər.

Bu şirkət direktivləri bütün SOMMER Qrup menecerləri tərəfindən strateji konfrans zamanı birgə işlənib hazırlanmışdır və hamı tərəfindən fəal şəkildə tətbiq olunur. Bir-biri ilə qarşılıqlı əlaqə buna uyğun olaraq baş verir. Orada yaxşı yerinə yetirilən iş üçün təriflər, eləcə də faktiki və konstruktiv tənqid tapa bilərsiniz.

Həm rəhbərlərdən, həm də bütün əməkdaşlardan düzgün və qərəzsiz əməkdaşlıq etmək tələb olunur. Yeni əməkdaşlarımıza maksimum etimad edirik — etimadı qazanmağa ehtiyac yoxdur.

Siyasət və strategiya

Qrupa daxil olan şirkətlər üçün əsas prioritet fəaliyyətimizin bazara və onun ehtiyaclarına aydın şəkildə yönəldilməsidir. Bu spesifikasiyaları təmin etmək və qoruyub saxlamaq üçün şirkət təşkilatı cəhətdən DIN EN ISO 9001:2015 tələblərini yerinə yetirmək üçün təşkil olunub.

Keyfiyyət siyasətimizin məqsədi müştərilərimizi ən qısa müddətdə ən yüksək texniki səviyyəli məhsullarla təmin etmək və həmçinin müvafiq qanunlara və standartlara uyğun gəlmək, həm də hüquqi sahədən kənarda ən yaxşı olmaqdır. Müştəri məmnuniyyəti bizim ən yüksək prioritetimizdir.

Əməkdaşlarımız özlərini şirkətimizlə identifikasiya edirlər və onların keyfiyyəti və motivasiyası uğurumuzun açarıdır. Buna görə də işçilərin təkmilləşdirilməsi, qərar qəbul etmə məsuliyyəti və sağlamlıq və təhlükəsizlik risklərinin minimuma endirilməsi bizim üçün vacib bir məslədir. Rəhbərlik də daxil olmaqla şirkətimizdə çalışan bütün komanda üzvləri öz bilikləri və vicdanları çərçivəsində bu prinsipləri dəstəkləyir və tətbiq edirlər.

Bizim şirkət siyasətimiz şirkət dəyərlərinin təkcə əsas göstəricilərdə deyil, həmçinin müştəri yönümlüyündə, əməkdaşlarımızla münasibətlərdə və sosial məsuliyyətdə əks olunmasını təmin etməkdir. Şirkətimizin siyasət və strategiyaları əsas proseslərin təkmilləşdirilməsi vasitəsilə reallaşdırılır və elan olunur. Bu, vizyonumuzu korporativ standarta çevirmək üçün əsas faktordur.

Resurslar və Tərəfdaşlıqlar

Şirkət fəaliyyətini qorumaq və təkmilləşdirmək üçün məsul şəxslər qısa və orta müddətli hədəflər qoyur, investisiyaları və işçi heyəti planlaşdırırlar. Yoxlamadan və büdcə toplantısından (səhmdar yığıncağı) sonra rəhbərlik maliyyə və insan resurslarını təyin edir. Sinerji effekti və bilik mübadiləsi daxili təlimlər və törəmə şirkətlərlə müntəzəm münasibətlər vasitəsilə əldə edilir və saxlanılır. Ətrafda yerləşən universitet və institutlarla əlaqələr bilik resurslarının ötürülməsini təmin edir.

Proseslər

Biz öz məhsullarımızda, onların təhlükəsizliyində və dəyərində, xidmətlərimizdə, müştərilər və təchizatçılarla münasibətlərimizdə və rəqabət qabiliyyətimizdə mükəmməlliyə can atırıq. Məhsullarımızın dəyərini bütün proses boyunca qorumaq üçün bütün proses mərhələləri istehsaldan öncə planlaşdırılır və müəyyən edilir.

Resurs və fəaliyyətlər üçün optimallaşdırılmış proseslər vasitəsilə istənilən nəticəni əldə edirik. Qənaətcil istehsal ideyası auditlər, müştərilər və təchizatçılarla davamlı ünsiyyət vasitəsilə iş qrupları çərçivəsində prosesin təkmilləşdirilməsində tətbiq edilir və reallaşdırılır. Əlavə olaraq, əməkdaşlar ideyaların operativ idarə olunması (SOMidee) vasitəsilə şirkət proseslərinin davamlı təkmilləşdirilməsinə fəal və birbaşa töhfə verə bilərlər.

İşçi məmnuniyyəti

SOMMER Antriebs- und Funktechnik GmbH-də qaraj qapısı operatorları üçün istehsal xətti

Bizim əməkdaşlarımız bütün səviyyələrdə şirkətimizin özülünü təşkil edir. Onların bütün proseslərdə tam şəkildə iştirak etməkləri onların bacarıqlarını aşkara çıxarır və bu da təkcə şirkət olaraq bizə deyil, həmçinin hər bir fərdin şəxsi inkişafına töhfə verir. İşə qəbul edərkən yeni işçinin vəzifə öhdəlikləri ilə müəyyən edilmiş tələblərə cavab verdiyinə əmin oluruq.

İş şəraiti iş tapşırığına uyğunlaşdırılır və əməkdaşlar sərbəst olmağa təşviq edilir. Əməyin mühafizəsi təkcə qanuni tələblərə əməl etmək üçün deyil, həmçinin hamıya fayda verən profilaktik tədbirdir, çünki əməkdaşlarımızın sağlamlığı bizim üçün çox önəmlidir.

Narazılığın necə tez həll oluna biləcəyinə misal olaraq şirkətimizin SOMvital sağlamlıq idarəetmə sistemi tərəfindən təklif olunan seminarları göstərmək olar, çünki sağlam mühitin işçiləri necə həvəsləndirdiyini və motivasiya etdiyini bilirik.

Müştəri məmnuniyyəti

Biz şirkət olaraq müştəri məmnunluğuna kökləndiyimiz üçün rəhbərlik müştəri məmnuniyyətini şirkətin ali məqsədi hesab edir. Biz müştərilərin cari və gələcək ehtiyaclarını anlayır, müştəri tələblərinə cavab verir və həmişə müştəri gözləntilərini üstələməyə çalışırıq.

Təchizatçı olaraq hesab edirik ki, biz müştəri prosesini nəzərə alan, plana uyğun işləyən tərəfdaşıq. Məhsul dəyəri, ətraf mühit mühafizəsi və əməyin mühafizəsi müştərilərin hərtərəfli tanınmasına kömək edən müəyyənedici amillərdir. Biz müştərilərlə birgə hazırlanmış müştəri/təchizatçı portfeli, birgə təkmilləşdirmə layihələri, texniki, kommunikasiya və təcrübənin ötürülməsi vasitəsilə müştərilərimizə əlavə dəyər təklif edirik.

Sosial cavabdehlik

Məhsullarımızın emalı və quraşdırlması zamanı ekoloji cəhətdən məsuliyyətli davranış onun təbiətində olmalıdır. Ətraf mühit hesabına gəlir əldə etmək uzaqgörənlik deyil və bizim hədəflərimizə uyğun gəlmir.

Təcrübəçilərin hazırlanmasının təmin edilməsi təbii bir prosesdir və bu bizim şirkət missiyamızın bir hissəsidir. Bu, DHBW Stuttgart-da ikili kurs təkliflərini və semestr ərzində tələbələr üçün təcrübə yerlərini əhatə edir. Bizdın gözlənilən budur və biz bu tələbi yerinə yetirməkdən məmnunluq hissi duyuruq.

Şirkətimiz müştərilər, təchizatçılar və təşkilatlar, eləcə də təlim dərsləri kimi digər maraqlı tərəflər üçün açıqdır.

Biznes nəticələri

Şirkətin texniki və kommersiya məlumatlarının nəticələri illik məqsəd və vəzifələri müəyyən etmək üçün istifadə olunur. Əməkdaşlarımız mütəmadi şəkildə biznesin inkişafı haqqında məlumatlandırılır, məlumatların mühafizəsi olmadığı təqdirdə aylıq istehsal və satış rəqəmlərinə giriş əldə edirlər.

Şirkət direktivlərini yükləyin