Simsiz rabitə texnologiyası


SOMMER Ev avtomatlaşdırılması - heç bir kənar müdaxilə olmayacaqdır

SOMMER Simsiz rabitə texnologiyası: Heç bir kənar müdaxilə olmayacaqdır

Simsiz rabitə vasitəsilə siz cihazlarınızı sadə və rahat bir şəkildə istifadə edəcəksiniz.
Çünki SOMMER simsiz rabitə məhsulları sizin üçün şəxsi mülkünüzdə, bağçanızda və ya qarajınızda onların fərdi istifadəsini mümkün edir. Siz nələrin simsiz rabitə ilə işlədiyinə və necə rahatlıqla idarə olunduğuna heyrət edəcəksiniz. Digər bir üstün cəhət: sadə, sürətli və qənaətcil quraşdırılma. Kabellərin yorucu və bahalı çəkilməsi prosesi aradan qaldırılır. Siz vaxta və pula qənaət edirsiniz!

  • Tent, jalüz və qapı operatorları üçün uzaqdan nəzarət sistemi
  • Şəxsi mülkünüzdə sağlam həyat və əyləncə sahələrinə uzaqdan nəzarət sistemi
  • Evinizdəki elektrik və elektronik cihazlara uzaqdan nəzarət sistemi
  • Bağçadakı və bütün açıq sahədəki alətlərə uzaqdan nəzarət sistemi

Keyfiyyət

Biz keyfiyyəti sizə çatdırırıq - Siz isə rahatlıqdan zövq alırsınız

Siz SOMMER-dən uzunömürlü simsiz rabitə məhsullarına illər sonra da etibar edə bilərsiniz. Bu bir tərəfdən yüksək keyfiyyət və istifadənin sadəliyi ilə, digər tərəfdən isə diqqətli emal prosesi ilə bağlıdır. Bu, sizin üçün şəxsi mülkünüzdə və çöldə onların fərdi istifadəsini mümkün edir.

Biz keyfiyyəti sizə çatdırırıq - Siz isə rahatlıqdan zövq alırsınız

Hərtərəflilik

SOMMER simsiz rabitənin hərtərəfli imkanları

Tentlərinizin, jalüzlərinizin, qapı operatorlarınızın, sağlamlıq və istirahət məkanınızın, evinizdeki elektrikli ve elektronik avadanlığınızın bağçanızın ve bütün açıq məkanlarınızın uzaqdan idarə olunması üçün ən uyğun həll yolunu təklif edirik.

Təhlükəsizlik

Sizin təhlükəsizliyiniz bizim motivasiyamızdır və həmişə belə qalacaq

Simsiz rabitə həllərimiz cihazınlarınızın evdə, bağda, həyətdə və ya qarajda təhlükəsiz və rahat fəaliyyət göstərməsini və şəbəkə yaratmasını təmin edir. SOMMER-də keyfiyyət və təhlükəsizlik daima yanaşı gedir. Yalnız özünüzü təhlükəsiz hiss etdiyiniz zaman sərhədsiz simsiz rabitə həllərimizin rahatlığından da həqiqətən zövq ala bilərsiniz. Simsiz rabitə məhsullarının geniş imkanlarına inanın və siz nələrin simsiz rabitə ilə işlədiyinə heyrət edəcəksiniz.

Etibarlılıq

Ən yüksək səviyyədə etibarlılıq

Qaraj qapılarını, tentləri və digərlərini əziyyətli bir şəkildə əl ilə açıb-bağlamalı olduğunuz günlər geridə qaldı. Bizim hər iki simsiz rabitə sistemimiz Somloq Rollingcode və SOMloq2 sizin üçün bu və bir çox digər əməliyyatları heç olmadığı qədər asanlaşdırır. Hər ikisi təhlükəsiz Rollingcode-Texnologiyası ilə işləyir:

  • Sürətli və müdaxiləsiz simsiz əmrlər üçün qısa ötürmə müddəti olan simsiz rabitə tezliklərindən istifadə edir.
  • Şifrənin oxunmasının və oğurlanmasının, icazəsi olmayan şəxslərin girişinin qarşısını almaq üçün optimal müdafiə.

SOMloq2 Somloq Rollingcode vasitəsilə asanlıqla quraşdırılır: Mövcud SOMMER operatorunu dəyişməyə ehtiyac yoxdur. Genişləmə kifayətdir - artıq sizin üçün daha çox üstünlüklərə sahibdir.

Müqayisə etdikdə: Somloq Rollingcode və Somloq2

Hər iki sistemi müqayisə etdikdə

  Somloq Rollingcode SOMloq2
Tezlik FM 868,8 MHz FM 868,8 MHz
FM 868,95 MHz
Kilidləmə 66-Bit 128-Bit AES
iki istiqamətli Xeyr Bəli
Rollingcode Bəli Bəli
Hop-funksiyası Xeyr Bəli
Qapı vəziyyətinin yoxlanılması Xeyr Bəli
Auto-Repeat-funksiyası Xeyr Bəli
Homelink-uyğun Bəli Xeyr

Simsiz texnologiya məhsulları haqqında daha çox məlumatı broşuramızda tapa bilərsiniz.