RUNner

Hal-hazırda onu bizim SOMloq2 iki istiqamətli simsiz rabitə sistemimiz ilə birlikdə əldə etmək mümkündür.
Simsiz rabitə qəbuledicisi modulu ilə SOMup4 mövcud operator sadə bir şəkildə SOMloq2 üzərindən uyğunlaşdırılır.
Güclü sürüşən qapı operatorları
RUNner həmçinin sənaye qapı sistemlərinin yüksək tələblərinə cavab verir.
STArter kimi o da sağlam, dözümlü, korroziyaya davamlı, təhlükəsiz, etibarlı və səssiz işləyən bir istisamara sahibdir.
8 m enində və 600 kq çəkidə olan sürüşmə qapıları üçün.
Məhsulun üstünlükləri
Sizin və ən yaxınlarınız üçün qoruma
Operator müstəqil surətdə buna adaptasiya olunur və Dinamik Güc Sisteminin (DGS) sayəsində ən yaxşı şəkildə işləyir. O, ətraf-mühit şəraitinə adaptasiya olunur və daima eyni sürətlə hərəkət edir. Maneə olduqda operator gözlənilmədən daha çox güc sərf etməli olur. Bu halda o, dayanır və ya geriyə qayıdır. Beləliklə insanların və ya əşyaların zədələnməsinin qarşısı alınır. Bundan başqa SOMMER əlavə təhlükəszilik aksesuarını təqdim edir. (Fotoelement, qoruyucu kontakt zolağı və s.)
Qoruyucu hamar keçid sayəsində uzunmüddətli xidmət ömrü
Hamar keçid standart funksiyası açılma və bağlanma zamanı həm qapını, həm də operatoru qoruyur. Qapının sonuna az məsafə qaldıqda onun hərəkət sürəti azalır, bununla da qapının mexanikası qorunur və onun xidmət ömrü uzadılır. Narahatedici bağlanma səsi yoxdur.
Cərəyan kəsilməsi - bu halda nə etməli?
Cərəyan kəsilməsi zamanı da qapını açmaq üçün mexaniki bu təxirəsalınmaz bloklamanı manual olaraq istifadə etməlisiniz. Operatora hətta yüksək təzyiqlə təsir etdikdə belə, bloklama çox aşağı güc sərfiyyatı ilə aradan qaldırıla bilər və siz tezliklə mülkünüzə daxil olursunuz.
Cərəyan kəsilməsi zamanı akkumlyator
Cərəyan kəsilməsi zamanı operatoru istəkdən asılı olaraq fövqəladə hal akkumulyator paketi ilə istifadə etmək mümkündür.
Ətraf mühit və səmərəlilik
İqtisadi cəhətdən səmərəli həlqə nüvəli transformator sayəsində enerji sərfiyyatı və ətraf mühitə təsiri azdır.
Yüksək dəyərli və stabil
Möhkəm şüşə lifi ilə möhkəmləndirilmiş polad plastmas dayaq maksimum sabitlik və sakit yayma davranışını təmin edir.
Gündəlik həyatı asanlaşdıran funksiyalar
Qapının yalnız bir tayını açmaq funksiyası yalnız qapının 1 tayını açmağa və məsələn, velosipedi mülkə daxil etmək üçün istifadə edilə bilər.
Avtomatik bağlanma funksiyası sayəsində əmin ola bilərsiniz ki, siz çıxdıqdan sonra qapı daima bağlanır. İşıq bariyerini tam keçdikdən sonra qapılar əvvəlcədən müəyyən edilmiş müddətdən sonra avtomatik olaraq bağlanır.

Əlavə avadanlıq
Əlavə avadanlıqla öz istəyinizə uyğun əlavə dəyərinizi yarada bilərsiniz. SOMMER RUNner öz modulyar sistem quruluşu vasitəsilə sizə "plug and play" prinsipinə əsasən çoxsaylı aksessuarlarla onu təkmilləşdirməyə imkan verir. Bütün aksesuar hissələrinin quraşdırılması asandır, çünki yuvalar rənglərlə işarələnmişdir və dəqiqliklə etiketlənmişdir.
Akkumulyator paketi

Cərəyan kəsildikdə akkumulyator bağlaması qapı operatorunu maksimum 10 qapalı dövrə (Açmaq/Bağlamaq) ilə 12 saata qədər elektrik enerjisi ilə təchiz edir. Normal fəaliyyət zamanı akkumulyator bağlaması sadə bir şəkildə özünü yenidən doldurur.
# 5115V001
Texniki məlumatlar
Adı | RUNner |
Temperatur diapazonu: | –30 °C-dən +50 °C-ə qədər |
Gərginlik təchizatı: | AC 220... 240 V |
Fırlanma momenti: | maks. 20 Nm |
Nominal tezlik: | 50/60 Hz |
Qorunma dərəcəsi: | IP54 |
Açılma sürəti: | max. 210 mm/san |
Çatdırılma dairəsi
SOMloq2 simsiz rabitə sisteminə malik olan operatorlar

Təhlükəsiz şifrələnmə
Gələcəyin simsiz texnologiyası SOMloq2 hakerlərdən 128-bit AES şifrələmə vasitəsilə maksimal qorunmanı təmin edir.
Təkrar olunan simsiz rabitə siqnalı
Autorepeat funksiyası obyektin yaxınlığında rahat açılışı təmin edir. Yayılan simsiz rabitə siqnalı optimal əldə edilmə üçün müəyyən bir dövrədə təkrarlanır.
Böyük əhatə dairəsi genişliyi
İnnovativ Hop funksiyası ilə əhatə dairəsi artacaq, çünki SOMloq2 qəbuledicidən qələn simsiz rabitə siqnalları ötürülməyə davam edir.
Həmçinin mövcud SOMMER operatorları üçün
SOMloq2 ilə ötürücülər mövcud operator və simsiz rabitə qəbuledicilərinin idarə olunmasına imkan verən Somloq Rollingcode simsiz rabitə sistemi ilə geri uyğunlaşır.
RUNner tək operator (SOMloq2)
- 1 ədəd sürüşən qapı operatoru
- Mühərrik nəzarəti sistemi
- Simsiz rabitə qəbuledicisi SOMup4 FM 868,95 MHz (SOMloq2), qoşula bilən
Art.-Nöm. S11566-00001

RUNner dəsti (SOMloq2)
- 1 ədəd sürüşən qapı operatoru
- Mühərrik nəzarəti sistemi
- Simsiz rabitə qəbuledicisi SOMup4 FM 868,95 MHz (SOMloq2), qoşula bilən
- 4-idarə funksiyalı Pearl Vibe portativ transmitter (# 4019V000)
- 4 m polad nüvəli plastik dayaq, sabitləşdirici material daxildir (8000 mm-ə qədər genişləndirilə bilər)
Art.-Nöm. S11813-00001
