Qaraj qapısı operatorları

Sizin qaraj qapınız üçün bizim operatorlarımız
Maksimum etibarlılıq üçün ağıllı sürücü sisteminiz
Bütün qaraj qapı operatorlarımız, SOMMER tərəfindən təkmilləşdirilmiş operator sistemi mühərriki ilə təchiz olunmuşdur. Bu onları yayın işləyən və uzun ömürlü edir. Mühərrik barabanı tarım bir zəncirdə hərəkət edir, və beləliklə sürtünmə və enerji itkisi baş vermir. Bununla yanaşı, qaraj qapısı operatorlarımız tamamilə texniki baxışa ehtiyacı yoxdur.
SOMMER pro+ və base+ qaraj qapısı operatorları, müvəffəqiyyətli SOMMER mühərikli operator konsepsiyasının innovativ təkmilləşdirilmiş formasıdır. Ağıllı barabanı sayəsində bir sıra aksesuarların birləşməsi üçün daha geniş məkan təklif olunur. SOMMER Pro+-un ayrı nəzarət sistemi daha çox mobillik və rahatlıq təklif edir.
SOMMER Qaraj qapısı operatorları
Keyfiyyət
Biz keyfiyyəti sizə çatdırırıq — Siz isə rahatlıqdan zövq alırsınız!
Siz uzunömürlü SOMMER qapı operatorlarına illər sonra da etibar edə bilərsiniz. Bu bir tərəfdən yüksək keyfiyyət və istifadənin sadəliyi, digər tərəfdən isə diqqətli emal prosesi və istənilən qapının doğru operatorunu tapmağa imkan verən sertifikatlar ilə bağlıdır.
Operatorlarımız TÜV tərəfindən test edilmişdir və müəyyən aralıqlarla yoxlanılır. Elektrik təhlükəsizliyi və elektromaqnit keçiriciliyi ilə əlaqəli tətbiq olunan Avropa qaydalarına da uyğundurlar.
Təhlükəsizlik
Bizim operatorumuz sizin təhlükəsizliyinizdir
SOMMER təhlükəsizlik və qəzadan qorunmağı ən yüksək prioritet kimi qəbul edir. Operatorlarımız etibar edə biləcəyiniz və sübut edilmiş texnologiya ilə təchiz olunmuşdur. Avtomatik maneə aşkarlanması optimal müdafiəni təmin edir. Operator hər hansı bir maneə çarpdıqda əvvəlki vəziyyətinə qayıdır (geri dönmə) və insan, heyvan və ya nəqliyyat vasitəsinin sıxışıb qalmamasını təmin edir.
Təxirəsalınmaz bloklama sistemi sayəsində, qaraj qapısı istənilən bir mövqedə açıla və ya söndürülə bilər. Bu yolla siz problemsiz manual açma və kilidləmə sistemindən asanlıqla istifadə edə bilərsiniz. Bununla yanaşı, qaraj qapısı hər hansı bir vəziyyətdə elektrik kəsilməsi zamanı yalnız SOMMER texnologiyası vasitəsi ilə kilidlənir. Özünü kilidləmə sistemli mühərrik oğurlanma və ya xarici müdaxilələrə qarşı effektiv bir şəkildə qorunur.
Texnik
Fiziki və əqli güc ilə
Qaraj qapısı operatorlarımızı güclü edən bu ağıllı texnologiyadır. Mühərriklərimiz bir nöqtədə statik olaraq sabitlənmir, əksinə fiksasiya olunmuş tarım bir zəncir üzərində hərəkət edirlər. Nəticədə, hər zaman maksimum təhlükəsizlik ilə gücün optimal istifadəsi təmin edilir.
Ağıllı nəzarət texnologiyası
Sistem tam avtomatik olaraq lazımi enerji miqdarını təyin edir, bunu davamlı olaraq xarici şəraitə uyğunlaşdırır və beləliklə sıxışıb qalmağa qarşı ən yüksək səviyyədə təhlükəsizlik təmin edir. Qapı istifadə dəyərlərinin bu fasiləsiz tənzimlənməsi ilə operator qapınıza ən yaxşı şəkildə uyğunlaşır. Və beləliklə bizim qapı operatorumuz sizin cihazına çevrilir.
Sertifikatlaşdırılmış keyfiyyət
Qaraj qapısı operatorlarımız ciddi qaydalar əsasında uyğun sınaqlardan keçirilib və sertifikatlaşdırılmışdır. Beləliklə, məhsullarımızın ən yüksək keyfiyyətdə Almaniya istehsalı olduğuna əmin ola bilərsiniz. SOMMER qaraj qapısı operatorları və müxtəlif tanınmış istehsalçıların qapıları ilə olan 5000-dən çox qapı operatoru kombinasiyası sertifikatlanmışdır. Mövcud istinad siyahısını Sertifikatlar bölməsindən əldə edə bilərsiniz.
Müxtəlif qapı növləri üçün universal istifadə
Bizim qaraj qapısı operatorlarımız tavan seksiyalı qapılar, tavana açılan qapılar, yandan bərkidilmiş hərəkətli qarpılar, sürüşmə qapıları və dairəvi və yanlardan seksiyalı qapılar üçün dizayn edilmişdir. SOMMER pro+ qaraj qapısı operatorları qatlanan qapılarda da istifadə üçün uygundur.
Simsiz rabitə

İki istiqamətli SOMloq2 simsiz rabitə sistemi sayəsində operatorlar rahatlıqla uzaqdan idarə olunurlar. Rollingcode ilə 128-bit AES şifrələmə, hakerlərdən məlumat qorunmasını maksimum dərəcədə artırır.
SOMloq2 Somloq Rollingcode vasitəsilə asanlıqla quraşdırılır: Mövcud SOMMER operatorunu dəyişməyə ehtiyac yoxdur. Bir genişləmə kifayət edər — artıq sizin üçün daha çox üstünlüklərə sahibdir.
Təhlükəsiz şifrələnmə
Gələcəyin simsiz texnologiyası SOMloq2 hakerlərdən 128-bit AES şifrələmə vasitəsilə məlumatların maksimal qorunmasını təmin edir.
Təkrar olunan simsiz rabitə siqnalı
Autorepeat funksiyası obyektin yaxınlığında rahat açılışı təmin edir. Yayılan simsiz rabitə siqnalı optimal əldə edilmə üçün müəyyən bir dövrədə təkrarlanır.
Böyük əhatə dairəsi genişliyi
İnnovativ Hop funksiyası ilə əhatə dairəsi artacaq, çünki SOMloq2 qəbuledicidən gələn simsiz rabitə siqnalları ötürülməyə davam edir.
Həmçinin mövcud SOMMER operatorları üçün
SOMloq2 simsiz rabitə sistemi ilə ötürücülər mövcud operator və simsiz rabitə qəbuledicilərinin idarə olunmasına imkan verən Somloq Rollingcode simsiz rabitə sistemi ilə geri uyğunlaşır.