Məxfilik siyasəti

Ümumi məlumat

Bizim internet saytımızdan istifadə etdiyiniz zaman şəxsi məlumatlarınızın qorunması bizim üçün çox vacibdir. Sizin gizliliyiniz və şəxsi məlumatlarınız qorunur. Şəxsi məlumatlarınızı bu Məxfilik siyasətinin məzmununa və tətbiq olunan məxfilik qaydalarına, xüsusən Məxfilik-Əsas nizamnaməsinə, Federal Məxfilik Qanununa və Telemedia Qanunvericiliyinə uyğun olaraq toplayırıq, emal və istifadə edirik.

Bu məxfilik siyasəti, sizin haqqınızda topladığımız, emal və istifadə etdiyimiz şəxsi məlumatlarınızı tənzimləyir. Buna görə sizdən aşağıdakı təlimatları diqqətlə oxumağınızı rica edirik.

Şəxsi məlumatların toplanması haqqında məlumat

1. Aşağıda veb səhifəmizi istifadə edərkən şəxsi məlumatların toplanması barəsində məlumat verilir. Şəxsi məlumatlar bilavasitə sizin ilə əlaqəli olan məlumatlardır, məsələn, ad, ünvan, E-Mail ünvanları, istifadəçi davranışı.

2. AB Məxfilik-Əsas nizamnaməsinin (DS-GVO) 4. bölməsinin 7. bəndinə əsasən məsuliyyət SOMMER Antriebs- und Funktechnik GmbH-ə Hans-Böckler-küçəsi 27, 73230 Kirchheim/Teck, info@sommer.eu (https://www.sommer.eu/de/impressum.html səhifəsinə baxın) aiddir. Məxfiliyin qorunması təmsilçimizə datenschutz@sommer.eu ünvanından və ya "Məxfiliyin qorunması təmsilçisi" başlıqlı poçt ünvanımızdan əlaqə saxlaya bilərsiniz

3. E-Mail və ya əlaqə formu ilə əlaqə saxladığınız zaman bizimlə bölüşdüyünüz məlumatlar (E-Mail ünvanınız, adınız və telefon nömrəniz varsa) suallarınıza cavab vermək üçün bizim tərəfimizdən saxlanılacaqdır. Məlumatların yaddaşda saxlanılmasına ehtiyac qalmadıqda bu məzmuna aid bütün məlumatları silirik, ya da qorunub saxlama tələbi olduqda isə emalı məhdudlaşdırırıq.

4. Təklifimizin fərdi əməliyyatlarını müqavilə əsasında işləyən xidmət tərəfdaşlarımıza həvalə etdiyimiz zaman və ya siz məlumatlarınızı reklam məqsədləri üçün istifadə etmək istədiyinizdə sizə hər bir əmaliyyatın detalları barəsində məlumat verəcəyik. Bununla yanaşı, saxlama müddəti üçün müəyyən edilmiş meyarları göstəririk.

Sizin hüquqlarınız

1. Sizə aid şəxsi məlumatlarla əlaqədar aşağıdakı hüquqlara sahibsiniz:

  • İnformasiya hüququ,
  • Düzəlişlər etmə və ya silmək hüququ,
  • Məlumatların emal edilməsinin məhdudlaşdırılması hüququ,
  • Məlumatların emal edilməsinin etiraz hüququ,
  • Məlumatların ötürülmə hüququ.

2. Sizin şəxsi məlumatlarınızı bir məlumat qorunması nəzarət orqanı tərəfindən emal edilməsi ilə bağlı bizə də şikayət etmək hüququnuz vardır.

Veb səhifəmizi istifadə şəxsi məlumatların toplanması

1. Veb səhifənin sadəcə informativ məqsədlə istifadəsi halında, yəni qeydiyyatdan keçməmisinizsə və ya bizə başqa üsulla məlumat verməmisinizsə, biz yalnız brauzerinizin serverə ötürdüyü şəxsi məlumatları əldə edirik. Veb səhifəmizi nəzərdən keçirmək təyirsinizsə, biz veb-saytımızı sizə göstərmək, sabitliyi və təhlükəsizliyini təmin etmək üçün texniki cəhətdən zəruri olan aşağıdakı məlumatları toplayırıq (hüquqi əsas 6-cı maddənin 1-ci bəndi 1 lit. f DS-GVO):

  • IP-Ünvanlar
  • Müraciətin tarixi və vaxtı
  • Greenwich Mean Time (GMT)-a əsasən saat qurşaqları fərqi
  • Müraciətin tərkibi (konkret səhifə)
  • Giriş statusu/HTTP-Status şifrəsi
  • hər ötürülmüş məlumat miqdarı
  • müraciət daxil veb səhifə
  • Brauzer
  • Əməliyya sistemləri və onların interfeysi
  • Dillər və brauzer proqram təminatının versiyaları.

2. Sözügedən məlumatlara əlavə olaraq veb səhifəmizi istifadə edərkən cookie faylları kompüterinizdə saxlanılır. Cookielər, istifadə etdiyiniz brauzeriniz tərəfindən sabit diskdə yaddaşda saxlanılan və cookie-ni təsis edən yer vasitəsilə (burada bizim tərəfimizdən), müəyyən məlumatların ötürüldüyü kiçik mətn fayllarıdır. Cookielər proqramları yandıra və ya kompüterinizə viruslar ötürə bilməz. Onlar əsasən, internet təkliflərinin daha çox istifadəçi yönümlü və səmərəli olmasını təmin edirlər.

3. Cookielərin istifadəsi:
a) Bu veb səhifə aşağıda göstərilən Cookie növlərini, onların əhatə dairəsi və əməliyyat xüsusiyyətlərini istifadə edir:

  • Müvəqqəti Cookie-lər (bax b)
  • Daimi Cookie-lər (bax c).

b) Brauzeri bağladığınız zaman müvəqqəti Cookielər avtomatik olaraq silinir. Bunlara xüsusilə sessiya Cookielər daxildir. Bu, brauzeriniz tərəfindən həyata keçirilən müxtəlif sorğuların ümumi bir sessiyaya təyin edə biləcək sessiya ID-sini yaddaşda saxlayır. Bu, veb səhifəmizə qayıdarkən kompüterinizin tanınmasına imkan verəcəkdir. Çıxış etdiyiniz və ya brauzeri bağladığınız zaman sessiya Cookielər silinir.

c) Daimi Cookielər müəyyən bir dövrdən sonra avtomatik olaraq silinir və hər bir Cookiedən asılı olaraq fərqlənə bilər. Siz istədiyiniz zaman brauzerinizin təhlükəsizlik parametrlərindəki Cookieləri silə bilərsiniz.

d) Brauzerinizin parametrlərini arzularınıza uyğun olaraq konfiqurasiya edə bilərsiniz. Məs. üçüncü tərəf cookielər və ya bütün cookielərin qəbulundan imtina edə bilərsiniz. Sizi xəbərdar etməliyik ki, bu zaman veb səhifənin bütün əməliyyatlarından tam şəkildə istifadə edə bilməyəcəksiniz.

e) Bizdə bir hesabınız varsa, sizin saytımıza girişlərinizi müəyyən etmək üçün cookielərdən istifadə edirik. Əks təqdirdə, hər səfərinizə yenidən hesabınıza daxil olmalı olacaqsınız.

f) Cihazınızda saxlanılan HTML5 depolama obyektlərini də istifadə edirik. Bu obyektlər brauzerinizdən asılı olmayaraq tələb olunan məlumatları saxlayır və avtomatik son istifadə tarixinə malik deyildir. Brauzerinizdə şəxsi rejimi istifadə edərək, HTML5 depolama obyektlərinin istifadəsini qadağan edə bilərsiniz. Bundan əlavə cookie-ləri ve brauzer axtarış tarixini müntəzəm manual olaraq silməyinizi tövsiyyə edirik.

Veb səhifəmizin digər əməliyyat və təklifləri

1. Veb səhifəmizin tamamilə informativ istifadəsinə əlavə olaraq, maraqlandığınız təqdirdə istifadə edə biləcəyiniz müxtəlif xidmətlər təklif edirik. Bunu etmək üçün siz ümumiyyətlə xidmət vermək üçün istifadə etdiyimiz və yuxarıda qeyd olunan məlumatların işləmə prinsiplərinin tətbiq olunduğu digər şəxsi məlumatları təqdim etməlisiniz.

2. Məlumatlarınızın emal prosesini hissəvi olaraq başqa xidmət təminatçıları ilə həyata keçiririk. Tərəfimizdən diqqətlə seçilmiş və təqdim olunan təlimatlarımız ilə bağlıdır və mütəmadi olaraq yoxlanılır.

3. Bundan əlavə, hər hansı bir aksiyaya qoşulma, müsabiqələr, müqavilələr və ya oxşar xidmətlər bizim tərəfdaşlarımızla birlikdə təqdim edilərsə, şəxsi məlumatlarınızı üçüncü tərəfə ötürə bilərik. Əlavə məlumat üçün, şəxsi məlumatlarınıza və ya təklif izahatına daxil olun.

4. Xidmət təminatçıları və ya tərəfdaşlarımız Avropa İqtisadi Sahəsi (AİS) xaricində bir ölkədə yerləşdiyimiz təqdirdə, təklif izahatında bu vəziyyətin nəticələri haqqında sizi məlumatlandırırıq.

Məlumatlarınızın emal edilməsinə qarşı çıxma və ondan imtina

1. Məlumatlarınızın emalına razılıq verdiyiniz halda belə, istənilən vaxt ondan imtina edə bilərsiniz. Bu cür imtina şəxsi məlumatlarınızı bizə verdikdən sonra onların emalı ehtimalına təsir edəcək.

2. Şəxsi məlumatlarınızı maraqların balansına əsasən emal etdiyimiz müddətcə siz onların emalından imtina edə bilərsiniz. Bu, xüsusilə, emal prosesinin hər dəfə əməliyyat izahatında bizim tərəfimizdən təqdim olunan müqaviləyə ehtiyac olmadığı hal üçün keçərlidir. Belə bir imtina halında şəxsi məlumatlarınız nəyə görə tərəfimizdən emal olunmasına etiraz etdiyinizin səbəbələrini açıqlamağınızı xahiş edirik. Siz imtinanızı əsaslandırdıqda biz vəziyyəti araşdırırıq və bu halda ya məlumatlarınızın emalını dayandırır və ya onları uyğunlaşdırırıq, ya da emal prosesini davam etdirməyimiz üçün mütləq qanuni səbəblərimizi sizə göstəririk.

3. Əlbəttə ki, istənilən vaxt sizin şəxsi məlumatlarınızı reklam və məlumatların təhlili məqsədilə emal edilməsinə etiraz edə bilərsiniz. Reklamdan imtina haqqında aşağıda göstərilən əlaqə vasitələri ilə bizə məlumat verə bilərsiniz: SOMMER Antriebs- und Funktechnik GmbH, Hans-Böckler-küçəsi 27, D-73230 Kirchheim/Teck, E-Mail: datenschutz@sommer.eu, Tel.: 07021 8001-0, Fax: 07021 8001-100.

Bülleten

1. Öz razılığınız ilə mövcud maraqlı təkliflər haqqında məlumat verən bülletenimizə abunə oluna bilərsiniz. Reklam edilən mallar və xidmətlər razılıq bəyannaməsində qeyd edilmişdir.

2. Bülletenimizə qeydiyyatdan keçmək üçün sözügedən Double-opt-in-prinsipindən istifadə edirik. Bu, o deməkdir ki, qeydiyyatdan keçdikdən sonra sizdən bülleteni almaq istədiyinizi təsdiq etmək üçün daxil etdiyiniz elektron poçt ünvanına E-Mail göndərəcəyik. 24 saat ərzində qeydiyyatınızı təsdiq etməsəniz məlumatlarınız bloklanacaq və bir aydan sonra avtomatik olaraq silinəcəkdir. Bundan başqa biz sizin IP ünvanlarınızı və qeydiyyatıvə təsdiqləmə vaxtlarını saxlayırıq. Prosedurun məqsədi qeydiyyatınızı sübut etmək və zərurət yarandıqda sizi şəxsi məlumatlarınızın mümkün sui-istifadəsi barədə məlumatlandırmaqdır.

3. Bülleteni göndərmək üçün yeganə şərti məlumat E-Mail ünvanınızdır. Digər, ayrıca qeyd edilmiş məlumatların daxil edilməsi könüllüdür və şəxsən sizə müraciət etmək üçün istifadə olunacaqdır. Təsdiq etdiyinizdən sonra bülletenləri göndərmək məqsədilə E-Mail ünvanınızı saxlayacağıq. Qanunvericiliyin əsasları 6-cı maddənin 1-ci bəndi 1 lit. a DS-GVO.

4. İstənilən vaxt bülleten göndərilməsinə razılığınızı ləğv edə və bülletenə qoşulmaqdan imtina edə bilərsiniz. Bülletenin göndərilməsinin ləğvini elektron poçt ünvanında verilmiş olan linki klikləyərək, https://www.sommer.eu/de/newsletter.html veb səhifəsində forma vasitəsilə, datenschutz@sommer.eu elektron ünvanına göndərilən E-Mail vasitəsilə və ya göstərilən əlaqə nömrələrinə bir mesaj göndərməklə izah edə bilərsiniz.

5. Bülleteni göndərərkən istifadəçi davranışınızı qiymətləndirəcəyimizi bildiririk. Bu qiymətləndirmə üçün göndərilən elektron-məktublar veb səhifəmizdə saxlanılan bir pikselli görüntü məlumatlarını təmsil edən veb işarətlərini və ya izləmə pikselləri özündə ehtiva edir. Qiymətləndirmələr üçün § 3-də göstərilən məlumatları və veb işarətlərini E-Mail ünvanınız və fərdi ID ilə əlaqələndiririk. Həmçinin sizə gələn bülletenə də bu ID daxildir. Bu şəkildə əldə edilən məlumatlar ilə bülleteni fərdi marağınıza uyğunlaşdırmaq üçün bir istifadəçi profili yaradırıq. Bununla da biz bülletenlərimizi oxuduğunuz zaman kliklədiyiniz linkləri qeyd edir və şəxsi maraqlarınıza uyğun əlaqələr qururuq. Bu məlumatları veb səhifəmizdə etdiyiniz addımlara uyğunlaşdırırıq.

6. Hər bir E-Mailda ayrı göndərilən bir linki klikləyərək və ya başqa bir əlaqə yolu ilə bizi məlumatlandırmaqla izləməni istənilən vaxt dayandıra bilərsiniz. Bülletenimizə abunə olduğunuz müddət ərzində məlumatlar saxlanılacaqdır. Hesabdan çıxış etdikdən sonra biz məlumatları tamamilə statistik və anonim şəkildə saxlayırıq.

Əhatə dairəsi təhlili

All-Inkl ilə hostinq

Veb saytımızı All-Inkl. vasitəsilə host edirik. Provayder ALL-INKL.COM - Neue Medien Münnich, sahibi René Münnich, Hauptstrasse 68, 02742 Friedersdorf (bundan sonra: All-Inkl). Detalları All-Inkl-in məlumatların qorunması bəyannaməsindən əldə edə bilərsiniz: https://all-inkl.com/datenschutzinformationen/.

All-Inkl-in istifadə edilməsinin hüquqi əsasları 6-ci maddənin 1-ci bəndi lit. f DSGVO- uyğundur. Veb saytımızı mümkün qədər etibarlı şəkildə təqdim etməkdə hüquqi marağımız var. Müvafiq razılıq tələb edildikdə, emal yalnız DSGVO, maddə 6-in 1-ci bəndinə əsasən aparılır; razılıq istənilən vaxt ləğv edilə bilər.

Yuxarıda göstərilən provayder ilə məlumatların emalı müqaviləsi (AVV) imzalamışıq. Bu, veb saytımıza daxil olanların şəxsi məlumatlarını yalnız təlimatlarımıza və DSGVO-ə uyğun olaraq emal etməyi təmin edən məlumatların qorunması qanunu ilə nəzərdə tutulmuş bir müqavilədir.

Google Analytics-dən istifadə

1. Bu veb səhifəmizdə Google Inc. ("Google") tərəfindən təsis edilən veb analitik xidməti Google Analytics-dən istifadə edir. Google Analytics "Cookies" adlanan, kompüterinizin yaddaşında saxlanılan mətn məlumatlarını istifadə edir və veb səhifənin istifadəsi ilə bağlı təhlil aparır. Sizin bu veb səhifədən istifadə etməyiniz haqqında Cookie tərəfindən toplanılan məlumat adətən ABŞ-da Google serverinə ötürülür və orada saxlanılır. Bu veb səhifədə IP anonimləşdirilməsinin aktivləşdiriləcəyi təqdirdə sizin IP ünvanınız əvvəlcədən Google tərəfindən Avropa Birliyinin üzv dövlətlərində və ya Avropa İqtisadi Sahəsi üzrə digər müqaviləli dövlətlərində qısaldılacaqdır. Yalnız istisna hallarda IP ünvanınız Google serveri tərəfindən ABŞ-a göndərilir və orada qısaldılır. Bu veb-səhifənin operatoru adından Google, bu məlumatları veb saytdan istifadənizi qiymətləndirmək, veb sayt fəaliyyətinə dair hesabat tərtib etmək və veb sayt və internet istifadəsi ilə əlaqəli digər xidmətləri təmin etmək üçün istifadə edəcəkdir.

2. Google Analytics-in bir hissəsi olaraq brauzerinizdən ötürülən IP ünvanı digər Google məlumatları ilə birləşdirilməyəcəkdir.

3. Brauzerinizin proqram təminatının uyğun qəbulu ilə Cooki-lərin saxlanılmasına mane ola bilərsiniz; lakin unutmayın ki, bunu etdiyiniz halda bu veb səhifənin bütün əməliyyatlarından tam şəkildə istifadə edə bilməyəcəksiniz. Bundan başqa Cookie tərəfindən yaradılan və veb səhifədən istifadənizilə əlaqəli Google-da olan bütün məlumatların qeydiyyatını (IP ünvanınız da daxil olmaqla) eləcə də Google-un bu məlumatları emal etməsinin qarşısını ala bilərsiniz, bunun üçün aşağıdakı linkdə mövcud olan brauzer-plug-in-i yükləmək və komputerinizdə quraşdırmaq kifayətdir: http://tools.google.com/dlpage/gaoptout?hl=de.

4. Bu veb sayt “_anonymizeIp()” əlavəsi ilə birlikdə Google Analytics-i istifadə edir. Bununla da IP ünvanları qısaldılmış formada emal edilir ki, hər hansı bir şəxslə əlaqə istisna edilə bilsin. Haqqınızda toplanan məlumatlara şəxsi istinad olaraq verildikdən sonra o, dərhal istisna olunacaqdır və şəxsi məlumat dərhal silinəcəkdir.

5. Google Analytics-i veb səhifəmizin istifadəsini təhlil etmək və müntəzəm olaraq təkmilləşdirmək üçün istifadə edirik. Statistik məlumatlara əsasən biz təkliflərimizi təkmilləşdirə və onu bir istifadəçi olaraq sizin üçün daha maraqlı edə bilərik. Şəxsi məlumatların ABŞ-a ötürülüdüyü müstəsna hallarda, Google AB-ABŞ Privacy Shield-ə tabedir, https://www.privacyshield.gov/EU-US-Framework. Google Analytics-in istifadə edilməsinin hüquqi əsasları 6-cı maddənin 1-ci bəndi 1 lit. f DS-GVO- uyğundur.

6. Üçüncü tərəf haqqında məlumatlar: Google Dublin, Google Ireland Ltd., Gordon House, Barrow Street, Dublin 4, Irlandiya, Fax: +353 (1) 436 1001. İstifadə şərtləri: http://www.google.com/analytics/terms/de.html, Məxfilik haqqında ümumi məlumat: http://www.google.com/intl/de/analytics/learn/privacy.html, həmçinin məxfilik siyasəti: http://www.google.de/intl/de/policies/privacy.

Google Tag Managers-dən istifadə

Veb saytımızda, Google Building Gordon House, Barrow St, Dublin 4, İrlandiya qeydiyyatlı Google Ireland Limited (bundan sonra "Google" adlandırılacaq) tərəfindən təmin edilən Google Tag Manager xidmətindən istifadə edirik. Google Tag Manager, bizə marketoloqlar olaraq veb sayt etiketlərini tək bir interfeysdən idarə etməyə imkan verir. Etiketləri tətbiq edən Google Tag Manager vasitəsi kuki olmayan bir domendir və heç bir şəxsi məlumat toplamır. Google Tag manager digər etiketləri aktivlə.dirə bilər və bu da məlumat toplaya bilər. Google Tag manger bu məlumatlara giriş icazasi yoxdur. Deaktivləşdirmə domen və ya kuki səviyyəsində həyata keçirilibsə, bu, Google Tag Manager-dən istifadə etməklə həyata keçirilən bütün izləmə etiketləri üçün qüvvədədir.

Üçüncü tərəf haqqında məlumatlar: Google Ireland Limited, Google Building Gordon House, Barrow St, Dublin 4, Irlandiya

Məxfilik haqqında daha ətraflı məlumatı aşağıdakı Google saytlarında əldə edə bilərsiniz:
Məlumatların qorunması bəyannaməsi: https://policies.google.com/privacy?hl=de&gl=de
TVS Google Tag Manager: https://www.google.com/intl/de/tagmanager/faq.html
Google Tag Manager-in istifadə şərtləri: https://www.google.com/intl/de/tagmanager/use-policy.html

Microsoft Clarity-dən istifadə

Bu vebsayt Microsoft Corporation-ın "Clarity" xidmətindən istifadə edir. Clarity vebsaytımızın istifadəsini təhlil etməyə imkan verir. Bu, vebsayt üçün potensial təkmilləşdirmələr etmək üçün əl siçanın hərəkətləri və klikləri qeyd edir. Toplanan məlumatlar Clarity-ə ötürülür və orada saxlanılır. Microsoft-a görə, bunlar reklam üçün də istifadə edilə bilər.

Clarity haqqında məlumat: https://clarity.microsoft.com
Məlumat qorunması bəyannaməsi: https://privacy.microsoft.com/de-de/privacystatement
Qarşı tədbir imkanı (imtina): https://choice.microsoft.com/de-DE/opt-out

Matomo-dan istifadə

Biz öz serverimizdə tətbiq etdiyimiz Open-Source-Tool olan Matomo-dan istifadə edərək veb səhifəmizin əhatə dairəsini hesablayırıq.

Ola bilsin ki, istifadə olunan cihazda kuki quraşdırılsın və onun vasitəsilə hərəkət marşrutunu izləmək və məsələn, təkrarlanan ziyarətləri tanımaq mümkün olsun. Operatorun IP ünvanı avtomatik olaraq qısaldılır, ona görə də ayrı şəxslər haqqında fərdi nəticə çıxarmaq mümkün deyil. Digər məsələrlə yanaşı, təxmini coğrafi lokasiya, istifadə olunan cihaz, ekran həlli, brauzer, ziyarət olunan səhifələr, o cümlədən ziyarət müddəti qiymətləndirilir.

Operatorun razılığını aldığımız təqdirdə, məlumatların emalı DSGVO 6-cı maddənin 1-ci bəndinin 1-ci alt bəndinin a) hərfinin hüquqi əsasları əsasında həyata keçirilir. Əks halda DSGVO 6-cı maddənin 1-ci bəndinin 1-ci alt bəndinin f) hərfinə əsaslanır. Bizim qanuni marağımız veb səhifəmizi optimallaşdırmaq, təklif və onlayn marketinqi təkmilləşdirməkdən ibarətdir.

Sosial şəbəkə

Google Maps-in istifadəsi

1. Bu veb saytda Google Maps təklifini istifadə edirik. Bununla interaktiv xəritələri birbaşa veb səhifəmizdə göstərə bilirik və siz xəritə ilə bağlı əməliyyatları rahatlıqla istifadə edə bilirsiniz.

2. Siz veb səhifəyə daxil olduqda Google veb saytımızın müvafiq səhifəsinə daxil olduğunuz barəsində məlumatları əldə edir. Bundan əlavə bu bəyannamənin 3-cü bəndində göstərilən məlumatlar da ötürülür. Bu, Google-da daxil olduğunuz bir istifadəçi hesabı olub-olmamasından asılı olmayaraq baş verir. Google-da hesabınıza daxil olduğunuz zaman məlumatlarınız birbaşa hesabınıza yönəldiləcəkdir. Google-da profilinizə yönləndirilmək istəmirsinizsə, düymənin aktivləşməsindən əvvəl hesabdan çıxış etməlisiniz. Google məlumatlarınızı istifadəçi profilləri kimi saxlayır və reklam, bazarın araşdırılması və/və ya xüsusi veb səhifə dizaynı üçün istifadə edir. Bu cür qiymətləndirmə xüsusilə (hesabına daxil olmayan istifadəçilər üçün) müvafiq reklam göstərilməsi və sosial şəbəkənin digər istifadəçilərini veb səhifəmizdəki fəaliyyətləri barəsində məlumatlandırmaq yolu ilə həyata keçirilir. Belə istifadəçi profillərinin formalaşdırılmasına etiraz etmək hüququnuz var və bunu Google ilə uyğunlaşdırmalısınız.

3. Məlumatların toplanmasının məqsədi və dərəcəsi və Plug-in provayderinin işlənməsi ilə bağlı daha ətraflı məlumat üçün xidmət provayderinin məxfilik siyasətinə baxın. Burada gizliliyin qorunmasına dair hüquqlarınız və istifadə imkanlarınız haqqında daha ətraflı məlumat əldə edə bilərsiniz:http://www.google.de/intl/de/policies/privacy. Google şəxsi məlumatlarınızı həmçinin ABŞ-da emal edir və AB-ABŞ Privacy Shield-ə tabedir, https://www.privacyshield.gov/EU-US-Framework.

YouTube-dan istifadə

Biz YouTube.com platformasından videolarımızı yerləşdirmək və ictimaiyyətə təqdim etmək üçün istifadə edirik. YouTube, bizimlə əlaqəsi olmayan üçüncü bir tərəfin, yəni YouTube MMC -nin təklifidir.

Təklif etdiyimiz bəzi internet səhifələri YouTube təklifinə istinadları və ya bağlantıları ehtiva edir. Ümumiyyətlə istinad olan vebsaytların məzmununa görə məsuliyyət daşımırıq. YouTube-da bir linki izlədiyiniz təqdirdə, YouTube-un istifadəçilərinin məlumatlarını (məsələn, şəxsi məlumatları, IP ünvanı) öz məlumat istifadə qaydalarınıza uyğun olaraq saxladığını və iş məqsədləri üçün istifadə etdiyini qeyd etmək istərdik.

YouTube-da saxlanılan videoları birbaşa bəzi vebsaytlarımızda da yerləşdiririk. Bu birləşmə nəticəsindəhər hansı bir brauzer pəncərəsinin ayrı hissələrində YouTube vebsaytının məzmunu göstərilir. Həmçinin YouTube videolarına ayrılıqda klikləyərək daxil olmaq mümkündür. Bu texnikaya "Framing" da deyilir. YouTube videoları ilə bu formada əlaqələndirilmiş veb saytımızın (alt) bir səhifəsinə klikləsəniz, YouTube serverləri ilə əlaqə yaradılacaq və brauzerinizə bildirişlə məzmun veb saytda göstərilir.

YouTube məzmununun inteqrasiyası yalnız "genişləndirilmiş məlumatların qorunması rejimində" baş verir. YouTube bunu özlüyündə təmin edir və bununla da ilkin olaraq cihazınızda kukiləri saxlamamasını təmin edir. Bununla yanaşı, müvafiq səhifələri ziyarət edərkən, IP ünvanı və Bölmə 4-də göstərilən digər məlumatlar, xüsusən də ziyarət etdiyiniz İnternet səhifələrimiz haqqında məlumatlar ötürülür. Lakin YouTube və ya başqa bir Google xidmətinə daxil olmamısınızsa və ya səhifəyə müraciət etməzdən əvvəl daimi daxil olmadığınız halda bu məlumatlar sizə təyin oluna bilməz.

Videonu klikləyərək ifa etməyə başladıqdan sonra, əgər cari an Google-a daxil olmamısınızsa YouTube yalnız cihazınızda şəxsiyyəti müəyyən edən məlumat kukilərini saxlayır. Müvafiq parametrlər və brauzer əlavələri ilə bu kukilərin qarşısını almaq olar.

Üçüncü tərəf provayderin məlumatların qorunması məlumatlarının ünvanı və ona keçid:

Google/YouTube: Google Ireland Limited, Gordon House, Barrow Street, Dublin 4, Irlandiya
Məlumat qorunması bəyannaməsi: https://policies.google.com/privacy
Opt-Out: https://adssettings.google.com/authenticated
Privacy Shield: https://www.privacyshield.gov/participant?id=a2zt000000001L5AAI

Onlayn-Reklam

Google Ads-dan istifadə

1. Digər veb saytlarda reklam materialları (Google Ads adlanır) vasitəsilə cəlbedici təkliflərimizə diqqəti çəkmək üçün Google Ads təklifini istifadə edirik. Reklam kompaniyalarının məlumatlarına əsasən fərdi reklam tədbirlərinin nə dərəcədə müvəffəqiyyətli olduğunu müəyyən edə bilərik. Bu bizə sizin üçün maraqlı olan reklamları göstərmək, veb səhifəmizi daha maraqlı etmək və reklam xərclərinin düzgün hesablanmasına nail olmağa kömək edir.

2. Bu reklam materialları "Ad Server" vasitəsilə Google tərəfindən təmin edilir. Bunun üçün reklam və ya istifadəçi klikləri kimi müəyyən performans ölçümlərini həyata keçirən Ad Server Cookies-dən istifadə edirik. Veb səhifəmizdə bir Google reklamına daxil olsanız, Google Ads hesabınızda bir cookie saxlayacaqdır. Bu cookies adətən 30 gündən sonra qüvvəsini itirir və şəxsən sizi identifikasiya etmək üçün istifadə edilməməlidir. Bu cookiedə adətən Unikal cookie ID-sinin təhlil göstəriciləri, hər bir yerləşdirilməyə müvafiq hər hansı bir reklam nümayişi (Tezlik), son təəssüratlar (Post-View-Conversions ilə bağlı) eləcə də Opt-out-məlumatları (istifadəçinin artıq narahat edilmək istəmədiyini bildirən qeydlər) saxlanılır.

3. Bu cookie-lər Google-a internet brauzerinizi tanımağa imkan verir. Bir istifadəçi bir Ads-müştərisinin veb səhifəsinin müəyyən səhifələrinə girdikdə və kompüterdə saxlanılan cookienin müddəti bitmədiyi halda, Google və müştəri istifadəçinin reklamı kliklədiyini və həmin səhifəyə yönləndirildiyini aşkar edə bilərlər. Hər bir Ads-müştərisinə fərqli bir cookie təyin olunur. Cookielər Ads müştərilərinin veb səhifələrindən izlənilə bilməz. Biz özümüz yuxarıda qeyd olunan reklam tədbirlərində heç bir şəxsi məlumatı toplamır və emal etmirik. Google tərəfindən verilmiş yalnız statistik qiymətləndirmələr əldə edirik. Bu qiymətləndirmələr əsasında istifadə edilən reklam tədbirlərinin hansının xüsusilə effektiv olduğunu müəyyən edə bilərik. Reklam materialının istifadəsi ilə bağlı olaraq heç bir əlavə məlumat əldə etmirik, xüsusilə də istifadəçiləri bu məlumatlar əsasında identifikasiya edə bilmərik.

4. Istifadə olunan marketinq vasitələri ilə bağlı olaraq brauzeriniz avtomatik olaraq Google serveri ilə birbaşa əlaqə yaradır. Google-da əldə edilən vasitənin tətbiqi ilə bağlı olan məlumatların miqdarı və istifadəsinə bizim heç bir aidiyyatımız yoxdur və əlimizdə olan məlumatlara əsasən sizə də məlumat veririk: Ads Conversion-i daxil etdikdə Google veb saytımızın müvafiq hissəsinə daxil olduğunuz və ya kliklədiyiniz reklam barəsində məlumatları əldə edir. Google tərəfindən təqdim edilən bir xidmətə qeydiyyatdan keçmisinizsə Google bunu sizin hesabınızla əlaqələndirə bilər. Google-da qeydiyyatdan keçməmisinizsə və ya hesabınıza daxil olmasanız da provayder IP ünvanınızı tanıyacaq və onu yaddaşda saxlayacaq.

5. Bu izləmə prosesində iştirakın bir neçə yolla qarşısını almaq olar:

a) Brauzer-proqram təminatınızı müvafiq şəkildə quraraq, xüsusilə də üçüncü tərəf cookielərinin qarşısının alınması sizi üçüncü provayderdən reklamlar almaqdan qoruyacaq;

b) Conversion-İzləmə üçün cookieləri deaktivləşdirməklə, siz brauzerinizi elə istifadə etməlisiniz ki, “www.googleadservices.com”, https://www.google.de/settings/ads domenindən gələn cookielər bloklansın, bu zaman siz cookieləri sildiyinizdə bu parametrlər də silinəcəkdir;

c) provayderin Özünütənzimləmə-Kompaniyası "About Ads"-in bir hissəsi olan diqqətçəkici reklam təkliflərini http://www.aboutads.info/choices linki vasitəsilə deaktivləşdirməklə, bu zaman siz cookieləri sildiyinizdə bu parametrlər də silinəcəkdir;

d) Firefox, Internet Explorer və ya Google Chrome kimi brauzerlərinizdə http://www.google.com/settings/ads/plugin linki vasitəsilə uzunmüddətli deaktivləşdirmə ilə. Sizi xəbərdar etməliyik ki, bunu etdiyiniz halda bu veb saytın bütün əməliyyatlarından tam şəkildə istifadə edə bilməyəcəksiniz.

6. Google Analytics-in istifadə edilməsinin hüquqi əsasları 6-cı maddənin 1-ci bəndi 1 lit. f DS-GVO-a uyğundur. Google-da məxfilik haqqında daha ətraflı məlumatı burada tapa bilərsiniz:http://www.google.com/intl/de/policies/privacy və https://services.google.com/sitestats/de.html. Alternativ olaraq http://www.networkadvertising.org ünvanından Network Advertising Initiative (NAI) veb saytına müraciət edə bilərsiniz. Google AB-ABŞ Privacy Shield-ə tabedir, https://www.privacyshield.gov/EU-US-Framework.

İnternet təklifləri üçün gizlilik siyasəti