Daxili və xarici qapılar üçün operatorlar

Bir düyməyə basmaqla təhlükəsiz bir şəkildə hərəkət edin
Uzaqdan nəzarət pultu olmadan televizoru idarə edə bilərsinizmi? İndiki dövrdə bu ağlasığmaz bir şeydir. Lakin buna baxmayaraq hələ də avtomobilinizdən çıxıb, qapını əziyyətlə əlinizlə bağlayırsınız, daha beş metr gedib və qapını yenidən bağlamaq üçün geriyə qayıtmalı olursunuz? Yoxsa öz rahatlığınız üçün qapını açıq qoyursunuz - lakin bu zaman hər kəs sizin mülkünüzə daxil ola bilər.
Müasir həyət qapısı operatorları ilə bunların hamısı artıq keçmişdə qaldı. Onları çoxdandır ki, əldə etmək olar və tez quraşdırılırlar. Kiçik bir düyməni basmaq kifayət edir və qapınız tam avtomatik olaraq açılacaq və ya bağlanacaq.
Həyət çöl qapı operatorları fırlanan və sürüşən qapı operatorları qruplarına bölünür. Bizdə hər bir tələbata uyğun operatoru tapa bilərsiniz. Bu gündəlik rahatlığın dadını çıxarın.
SOMMER Daxili və xarici qapılar üçün operatorlar
Keyfiyyət
Biz keyfiyyəti sizə çatdırırıq - Siz isə rahatlıqdan zövq alırsınız.
Siz SOMMER-dən uzunömürlü qapı operatorlarına illər sonra da etibar edə bilərsiniz. Bu bir tərəfdən yüksək keyfiyyət və istifadənin sadəliyi ilə, digər tərəfdən isə diqqətli emal prosesi və istənilən qapının doğru operatorunu tapmağa imkan verən sertifikatlar ilə bağlıdır.
Təhlükəsizlik
Sizin təhlükəsizliyiniz bizim motivasiyamızdır və həmişə belə qalacaq
SOMMER təhlükəsizlik və qəzadan qorunmağa böyük önəm verir. Operatorlarımız etibarlı və standartlara uyğun texnologiya ilə təchiz edilmişdir.
Avtomatik maneə aşkarlanması optimal müdafiəni təmin edir. Çünki operator hər hansı bir maneə çarpdıqda əvvəlki vəziyyətinə qayıdır (Reversion) və insan, heyvan və ya nəqliyyat vasitəsinin sıxışıb qalmamasını təmin edir.
Elektrik kəsilməsi halında, müvafiq açara malik SOMMER təxirə salınmaz bloklama sistemini asan istifadə edilərək qapını açmağa (kilidini açmaq) və ya qapını hər hansı bir vəziyyətdə kilidləməyə imkan verir.
Özünü kilidləmə sistemi ilə mühərrik oğurlanma və ya xarici müdaxilələrə qarşı effektiv bir şəkildə qorunur. Hətta elektrik kəsildikdə belə fırlanan və ya sürüşən qapı kilidlənir (bağlanır).
Bütün bu komponentlər hər vəziyyətdə optimal təhlükəsizlik təklif edir.
Asan quraşdırılan
Hər bir incə detalına qədər düşünülmüşdür
SOMMER xarici qapı operatorlarını şəbəkə girişi ilə təmin edir ki, bu da quraşdırma prosesini asanlaşdırır. Beləliklə, təcrübəli usta, hətta elektrik olmadıqda belə, vaxta və pula qənaət edərək, quraşdırılan operatoru yerindəcə sınaqdan keçirə və istismara verə bilərlər.
Elektrik bir sonrakı mərhələdə daimi quraşdırılmış enerji təchizatını birləşdirməlidir, lakin operator artıq sınaqdan keçirildiyinə və istifadəyə verildiyinə görə o da birbaşa istismara verilə bilər.